xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:48 – Azərbaycan və Türkmənistan 13 sənədi mübadilə edib - YENİLƏNİB 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 
  • 13:01 – Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var" 

Rusiya Ermənistanı işğal edərsə... - AKTUAL

12-03-2024, 09:44 1 dəfə baxılıb



Rusiya Ermənistanı qəfil işğal edərsə, bölgədə hadisələr necə inkişaf edəcək? Ritorik sualdır. Bir neçə il əvvəl belə bir sual gündəmdə yox idi. Ancaq baş nazir Nikol Paşinyan Rusiyanın çətirindən qurtulmağa çalışınca və Qərbə yaxınlaşmaq istəyini daha gur səsləndirdikcə Kremlin Cənubi Qfaqazdakı son forpostunu itirməmək üçün müxtəlif variantları nəzərdən keçirməyə başlaması və bunların içərisində hərbi müdaxilə planının olduğu istisna deyil. Rusiya iki il əvvəl Ukraynaya qarşı müharibəni “denansifikasiya” bəhanəsiylə, yəni rusları qorumaq adı altında başlamışdı. Rusiya Ermənistanı nəzarətə götürmək üçün də bəhanə tapa bilər. Misal üçün Rusiya Ermənistana “iki ölkə arasında mövcud sazişləri qorumaq məqsədilə” müdaxilə edə bilər. Bu halda Ermənistan ordusunun Ukrayna ordusu kimi Rusiya ilə savaşacağı ehtimalı azdır. Təslim olacaqlar. Bəziləri soruşa bilər ki, buna beynəlxalq reaksiya necə olacaq? Bu Kremlin vecinə də deyil. Məgər Kreml Ukraynaya qarşı işğal müharibəyə qərar verəndə beynəlxalq reaksiyanın necə olacağını nəzərə almışdımı? Kreml Nikol Paşinyanı devirmək istəyərsə, Ermənistandakı hərbi bazasının və yerli radikalların xidmətlərindən istifadə edəcək. Bundan sonra da Kreml “Qarabağ klanı” vasitəsilə Ermənistanda müvəqqəti hökumət formalaşdıracaq.
Belə bir ssenari Azərbaycana nə vəd edir? Ermənistanda istənilən hakimiyyətin Azərbaycanla yeni müharibəyə başlamağa potensialı olmayacaq. Ancaq çevriliş əsasında Ermənistanda formalaşa biləcək xunta hökumətin Azərbaycan kəndlərinin geri qaytarması və Zəngəzur dəhlizi məsələsində mövqeyi sərtləşəcək. Xunta hökuməti ilə dilaoq aparılmasının mənası olmayacaq. Üstəgəl həmin xunta hökumətini dəstəkləyən Kremlin Azərbaycana təzyiqi artacaq və Rusiya-Azərbaycan münasibətlərindəki indiki normal axar dəyişəcək. Kreml Ermənistanda istədiyi hökuməti formalaşdırdıqdan sonra Qarabağdakı hərbi kontingenti çıxarmamaq mövqeyini gücləndirəcək. Tehran da Ermənistandakı xunta rejimini dəstəkləyəcək. Bircə, ABŞ və Avropa İttifaqı Ermənistanda xunta rejimini tanımayacaq. Belə olan halda hazırda Ermənistanı hər mənada dəstəkləyən Fransanın da siyasəti dəyişəcək. Bu halda Qərb ölkələri Azərbaycanın dəyərini anlamış olacaqlar.
Əlbəttə, bu yazılanlar ehtimaldır. Ancaq biz bütün mümkün ehtimalları hesablamaq məcburiyyətindəyik. 15-20 il əvvəl Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağını ehtimal etmək mümkün deyildi. Ancaq bu baş verdi. Kremlin ipinin üstünə odun yığmaq mümkün deyil. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi və türk dövlətləri ilə inteqrasiyanı gücləndirməsi ən doğru yoldur.

“Atlas” Araşdırmalar Mərkəzi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi