xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Moskvanın təklifi: Tiflis də Bakını seçərsə... - ŞƏRH

1-03-2024, 09:48 3 dəfə baxılıb



7-8 il öncə Rusiya və NATO hərbi rəhbərliyi Azərbaycanda görüşdü. Rusiyanın Baş Qərargah rəisi NATO-nun Avropadakı baş komandanı ilə məhz Bakıda üç dəfə görüşüb, fikir mübadiləsi apardı.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Abxaziya ilə bağlı görüşlərin Bakıda keçirilməsi təklifi ilə bağlı məsələyə münasibətində qeyd edib.

“Prinsip etibarı ilə Gürcüstan Azərbaycanın strateji tərəfdarıdır və Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Əgər Gürcüstanın da belə bir istəyi olarsa, bəli, razılaşmaq olar. Bu, Azərbaycanın bölgədəki rolunun artmasına işarədir”, - politoloq vurğulayıb.

O bildirib ki, Rusiya və Gürcüstanın uzun müddətdir İsveçrədə apardığı nəticəsiz dialoqun Bakıda olması problemin həllinə töhfə verə bilər.

Qeyd edək ki, Abxaziyanın nümayəndələri Moskvanın Cenevrə müzakirələrini Minskə və ya Bakıya köçürməyi düşündükləri barədə açıqlama veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi