xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Bakı elan edib: Zəngəzur dəhlizi açılmasa… - NƏ BAŞ VERİR?

29-02-2024, 14:22 2 dəfə baxılıb



Ermənistan Baş naziri Paşinyan yaxınlaşan müharibə ideyasını əsaslandırmağa çalışır. Bu əsaslandırmada yenə Zəngəzur dəhlizindən bəhs edərək, Rusiya və Türkiyəni də məsələyə qatır.

Bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

“Azərbaycan açıq şəkildə bildirib ki, Ermənistan Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana yol verməsə, dövlətimiz hərbi yolla buna nail olmağa çalışmayacaq. Bölgədə hər hansı bir hərbi toqquşmanın olması və yaxud Ermənistanın ərazisini işğal etmək Azərbaycanın marağında deyil. Rusiya və Fransa öz məqsədləri üçün bu cür fikirləri irəli sürürlər. Rusiya hərbi müttəfiqliyini pozmasın deyə, Ermənistanı bizlə və Türkiyə ilə qorxudur. Fransa isə Ermənistanda daha çox mövqeyə sahib olmaq üçün çalışır. Çox qısa müddətdə Fransa Ermənistana hərbi müşavirlərini təyin edib və silah satışını daha da artıb. İş o həddə çatıb ki, Fransa Ermənistanın daxili siyasətinə də qarışır. Rəsmi Paris daşnaklarla Paşinyanın münasibətlərini yaxşılaşdırmaq niyyətindədir. Azərbaycan tərəfi isə sülh sazişinə dair öz təkliflərini irəli sürüb və prinsipial olaraq bunu davam etdirmək niyyətindədir. Paşinyan hökuməti bölgədə Rusiyanı əvəz etməyə çalışan Fransa üçün geosiyasi dayaq rolunu oynamağa çalışır”, - Məmmədov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi