xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb

29-02-2024, 09:00 1 dəfə baxılıb



Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli Forum iştirakçıları.

İlk növbədə, sizi XII Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışı münasibətilə təbrik etmək istərdim. Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.

Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir. Forum, Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan tərəfdaşlığımız çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir. Bu gün ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlıq dinamik şəkildə inkişaf edir, ticarət dövriyyəsi artır, yeni istiqamətlər üzrə işlər davam etdirilir. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə qarşılıqlı fəaliyyətin müzakirəsi iki ölkənin regionlararası səviyyədə əlaqələri daha da dərinləşdirmək istəyini əyani şəkildə nümayiş etdirir.

Əlamətdar haldır ki, bugünkü Forum Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ikinci ildönümündə keçirilir. İki il bundan əvvəl - 2022-ci ilin fevralında xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran bu mühüm sənəd imzalanıb.

Əminəm ki, bu Forum əvvəlkilər kimi, yaradıcı atmosferdə keçiriləcək, ümumi yanaşmaların işlənib hazırlanması üçün əlamətdar hadisə olacaq və dost ölkələrimizin rifahı naminə nəzərdə tutulan bütün məqsədlərə nail olmağa kömək edəcək.

Forumun bütün iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi