xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

“Haber Global”: “Bakı və Ankara işbirliyi getdikcə güclənməkdədir” - VİDEO

20-02-2024, 09:17 2 dəfə baxılıb

“Haber Global”: “Bakı və Ankara işbirliyi getdikcə güclənməkdədir” - VİDEO


Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkənin “Haber Global” telekanalı tərəfindən geniş işıqlandırılıb.

Telekanalın Azərbaycan dövlət başçısının səfərilə bağlı hazırladığı silsilə süjetlərdə bildirilib ki, tarixi əhəmiyyət daşıyan yeddi fevral seçkisindən sonra İlham Əliyevin ilk xarici səfərini məhz Ankaraya etməsi ənənəvi və simvolik məna kəsb edir.

Qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında bir sıra önəmli mövzuların müzakirəsi davamlı şəkildə davam edir. Bu mövzular sırasına ikitərəfli münasibətlər başda olmaqla, Cənubi Qafqazdakı vəziyyət, eləcə də Yaxın Şərqdə cərəyan edən proseslər də daxildir.
Telekanalın videomateriallarında diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə arasındakı əlaqələr sanıldığından daha dərindir və möhkəm təməllər üzərində qurulub. Hazırda bir çox dünya dövlətləri bu qardaşlıq münasibətlərinə böyül qısqanclıqla yanaşsalar da, əlaqələrimizə xələl yetirməyə çalışsalar da, bütün bunlara rəğmən Bakı və Ankara işbirliyi getdikcə genişlənməkdə və güclənməkdədir.

Daha ətraflı “Haber Global”ın efirində:














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi