xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Sinan Oğandan Azərbaycan Prezidenti ilə bağlı paylaşım - FOTO

8-02-2024, 12:10 3 dəfə baxılıb

Sinan Oğandan Azərbaycan Prezidenti ilə bağlı paylaşım - FOTO


Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Siyasətçi bu barədə “X” hesabında paylaşım edib.

“Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələrək yenidən Prezident seçilən cənab İlham Əliyevi təbrik edirəm. 30 illik işğaldan sonra azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri də daxil olmaqla bütün Azərbaycan ərazisində keçirilən bu seçkinin nəticələrinin Azərbaycandakı qardaşlarımıza və bütün türk dünyasına xeyir-dua gətirməsini diləyirəm”, - deyə S. Oğan bildirib.
Qeyd edək ki, Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) eks-sədri, sabiq prezidentliyə namizəd Kamal Kılıçdaroğlu da Prezident İlham Əliyevi təbrik edib.

“Azərbaycanda keçirilən seçkilərdə yenidən Prezident seçilən cənab İlham Əliyevi təbrik edir, bu nəticənin Azərbaycan və regionumuz üçün xeyirli olmasını arzulayır, dost və qardaş ölkə olan can Azərbaycan xalqına sevgi və hörmətimi çatdırıram.

Ulu öndərimiz Qazi Mustafa Kamal Atatürkün vurğuladığı kimi, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”, - deyə siyasətçinin “X” hesabındakı paylaşımda deyilir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi