xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

İcma: “Ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir”

29-01-2024, 11:47 7 dəfə baxılıb

İcma: “Ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir”


“Ermənistanın baş naziri Nikol Paşinyanın ordu günü münasibətilə çıxışında ifadə etdiyi fikirlər bir daha onun ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını nümayiş etdirir”.

Bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Sülh istəyən ölkə, necə olur ki, milyardlarla dollarlıq silah sazişlərinin imzalanması ilə öyünür? Nikol Paşinyanın “qoşunların güzgü prinsipi ilə geri çəkilməsi” fikrini yenidən təkrarlaması, “hücum etməmək haqqında pakt”, “silahlanmaya birgə nəzarət mexanizmi” kimi köhnəlmiş, utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir. Ermənistanın baş naziri Birinci və İkinci Dünya müharibələri arasındakı dövrü xatırladan “hücum etməmək haqqında pakt” kimi əcaib təşəbbüs irəli sürmək əvəzinə, sülhün təmin olunması istiqamətində real addımlar atmalı və bu xüsusda, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.

Ermənistan prezidenti və parlament sədrinin ordu günü münasibətilə açıqlamalarında işğalçı Birinci Qarabağ müharibəsinə haqq qazandırmaq cəhdi, İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı isə məyusluq elementləri yer alır. Bu tip ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir və onlara son qoyulmalıdır.

Bundan əlavə, bir sıra qərb ölkələrinin Ermənistanın ordu günü münasibətilə verdiyi bəyanatlar otuz ilə yaxın müddət ərzində qonşu dövlətin torpaqlarını işğal altında saxlamış Ermənistanda revanşizmin həvəsləndirilməsinə xidmət edir və həmin ölkələrin özlərinin sülh prosesində nə dərəcədə maraqlı olması barədə suallar doğurur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi