xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:08 – İlham Əliyev onları təltif etdi 
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 

Türkiyə Zəngəzur dəhlizinin açılmasını istəyir: Tehran isə... - GƏLİŞMƏ

26-01-2024, 15:30 4 dəfə baxılıb



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub. Ankarada baş tutan görüşdə Ərdoğan Rəisi ilə ikitərəfli əlaqələrin dərinləşməsi məsələlərini, Qəzza və Cənubi Qafqazdakı vəziyyəti gündəmə gətiriblər. Ərdoğan deyib ki, sanksiyalara görə İranla iqtisadi və ticarət əlaqələrinə son qoyulmayıb, bundan sonra da son verilməyəcək: "İki regional güc olan Türkiyə və İran inkişaf və sabitlik üçün əməkdaşlığını irəli aparmalıdır. İranla 30 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqda qətiyyətliyik”.
İran Prezidenti İbrahim Rəisi də bildirib ki, Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşkilatları Qərbin dəstəyi ilə mövcuddur: "İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir". Qeyd edək ki, mətbuat konfransından sonra Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, detallı məlumat verilməsə də, prezidentlərin Cənubi Qafqazla bağlı nələri müzakirə etdiklərini təxmin etmək olar. Ekspertin sözlərinə görə, Tehran uzaq ölkələrin Cənubi Qafqazda fəal olmasını, o cümlədən ABŞ və ya Avropa dövlətlərinin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə neqativ yanaşır:

"Bu məsələdə Ankaranın yanaşması fərqli deyil. Ankara da Tehran kimi regional məsələlərin bölgə ölkələrinin vasitəçiliyi ilə həllinin tərəfdarıdır. Ancaq bu məsələdə Tehran ikili oynayır. Tehran bir tərəfdən ABŞ və Avropanın Cənubi Qafqazda fəal diplomatiyasına qarşı çıxarkən, o biri tərəfdən bununla bağlı İrəvana xəbərdarlıq mesajlarını səsləndirmir. Çünki ABŞ və Avropa İttifaqını müxtəlif formalarda bölgəyə gətirməyə çalışan Ermənistandır. Tehran isə Ermənistanı müdafiə edərək, hər dəfəsində Azərbaycan əleyhinə “sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir” açıqlamasını səsləndirir. Bu isə Türkiyənin maraqlarına ziddir. Türkiyə Azərbaycan kimi Zəngəzur dəhlizinin açılmasını istəyir. Tehran isə bunu əngəlləyir. Böyük ehtimalla Ərdoğan Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olmadığını Rəisiyə bir daha anlatmağa çalışıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi