xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:09 – İlham Əliyev Ərdoğana başsağlığı verib 
  • 14:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 22:59 – Prezident İlham Əliyev Sərəncam imzalayıb 
  • 14:17 – İlham Əliyev Trampa başsağlığı verdi 

Dövlət Departamentinin hesabatı Azərbaycana siyasi təzyiq məqsədi daşıyır - FAKT BUDUR!

8-01-2024, 16:00 0 dəfə baxılıb



ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində reallıqdan uzaq və qərəzli iddialar irəli sürülüb.

Hesabatın Azərbayacana aid hissəsi milliyyətcə erməni olan Daniela Aşbaxyanın rəhbərliyi ilə hazırlanıb.

Professor Qabil Hüseynli Reyting.az-a açıqlamasında deyib ki, hesabatın Azərbaycan hissəsi qərəzlidir.

Q. Hüseynli bildirib ki, Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə pozulması və buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etməsi anlaşılmazlıqlar yaradır.

Onun sözlərinə görə, Dövlət Departamentinin bu əməli dəyərlərə xəyanət və prinsipsizlikdir.

Q. Hüseynli xatırladıb ki, dünənə qədər ABŞ Azərbaycanın islam fundamentalizmi, kənardan siyasi islamın ixrac edilməsinə qarşı mübarizəsini dəstəkləyirdi: “Hələ üstəlik Azərbaycandan xahiş edirdi ki, qonşu ölkələrdən bu kimi məqsədli siyasi dini xətlərin ölkədə hökmran olmasına, təşəkkül tapmasına qarşı tədbirlər görsün. İndi nə olub ki, Dövlət Departamenti dünənini unudub və hadisələri baş-ayaq təqdim etməyə çalışır?”.

Professor əlavə edib ki, Azərbaycan siyasi, fundamental, radikal və bu qəbildən olan dini cəryanlarla mübarizə aparmalı, onların ölkəmizə qarşı həyata keçirməyə çalışdığı qara niyyətlərin qarşısını almalıdır: “Azərbaycan multikurtal dəyərləri inkmişaf etdirir, dünyəvilik və dini etiqad azadlığı arasında münasib balans yaradıb. Üstəlik, Azərbaycan Konstitusiyasında dini etiqad azadlığı haqqında maddə var. Əlbəttə, biz dünyəvi dəyərləri möhkəmləndirmək məqsədilə addımlar atmalı, siyasət həyata keçirməliyik. Bəyəm ABŞ görmür ki, Azərbaycanın bir tərəfində teokratik İran, ondan bir qədər aralıda islamın ən radikal tələblərini əldə rəhbər tutan Əfqanıstan var? Görmür ki, Azərbaycan radikal islama, terrora və fundamentalizmə qarşı mübarizə aparır? Əgər bunları gördüyü halda ABŞ yanaşmasını dəyişirsə, Azərbaycanı tənqid edirsə, deməli, sənəd tam siyasidir, təzyiq məqsədi daşıyır”.

Q. Hüseynli qeyd edib ki, ABŞ Dövlət Departamenti belə bir sənədi hazırlayarkən Azərbaycanla bağlı məlumatları erməni D. Aşbaxyandan alması da diqqət çəkir: “Sözügedən sənəddə könüllü sürətdə Azərbaycan ərazilərini tərk edərək Ermənistana köçən Qarabağın erməni əhalisinə istinad edilir, guya bu prosesdə dini təsirin olduğu iddia edilir. Üstəlik, Azərbaycandakı Alban tarixi məbədləri erməni kilsəsi kimi təqdim olunur və Azərbaycanın bu abidələrə dözümsüzlük nümayiş etdirdiyi iddia olunur. Sözsüz ki, bunlar məqsədli şəkildədir”.

Professor əlavə edib ki, Azərbaycan ərazi bütövlüyünü tam təmin etdikdən sonra Dövlət Departamenti ölkəmizə qarşı qərəzli yanaşmaların sayını artırıb:

“İkincisi, bəyəm ABŞ görmürdü ki, dünənə qədər Azərbaycanda kərimə dini dövləti yaratmaq üçün çıxışlar edilirdi? Azərbaycan da haqlı olaraq belə qüvvələri, daha doğrusu, kəşfiyyat şəbəkələrini sarsıdıb, onları zərərsizləşdirib. İndi ABŞ həmin şəbəkəni “etiqad məhbusu” kimi təqdim edir. Biz belə prinsipsizliyi, dəyərlərə zidd yanaşmaları rədd edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi