xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Prezidentin köməkçisi deport olunanlardan danışdı

21-11-2019, 15:01 35 dəfə baxılıb

Prezidentin köməkçisi deport olunanlardan danışdı

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Almaniyadan azərbaycanlı mühacirlərin deportasiya olunması məsələsinə münasibət bildirib.

Ə.Həsənov jurnalistlərə açıqlamasında ayrı-ayrı səbəblərdən ölkəni tərk edib xaricə gedənlərin yerləşdirilməsi zamanı formalaşan biabırçılığı pisləyib:

"Çoxdan bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan etmişik və sübut etməyə çalışırdıq. Ancaq təəssüflər olsun ki, müxalifət partiyaları bunu etiraf etmirdilər ki, nəyə görə bu insanları başqa adlarla, onların fəaliyyəti ilə başqa uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər. Onların orada yaşadığı həyat tərzini və qaçqın kamplarında yaradılan şəraiti də bilirdik.

Azərbaycan dövlətinin dəyanətli, dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik. Azərbaycan dövləti geri qayıdan vətəndaşlarının yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar layiqli cəzasını alacaq. Bundan sonra Azərbaycan vətəndaşları dövlətin və respublikanın sağlam qüvvələrinin və dövlətçilik ətrafında sıx birləşəcəklər".

Prezidentin köməkçisi həmçinin onların ölkəyə qaytarılmasından sonra müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.

O qeyd edib ki, deyilənlərin heç bir əsası yoxdur:

“Onların hər birinin fəaliyyəti, kim hansı yolla ölkəni tərk edib, kimin xarici ölkələrə hansı adla getmələri Azərbaycanda araşdırılır. Biz Azərbaycan vətəndaşlarının hər biri, yaxşısı, pisi üçün də bu ölkədə yaşayış, iş, fəaliyyət göstərmək şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü siyasətin təməlində insan, vətəndaş amili və onların maraqları dayanır. Ona görə də Azərbaycana qayıdan, qaytarılan o insanların hər birinin fəaliyyəti, gələcək həyatını qurması üçün ölkədə lazım olan şərait yaradılacaq və dəstək veriləcək.

Cinayət törətmiş insanlara gəldikdə isə, cinayətin törədilməsində qrup və ya şəxsi formada iştirak etmiş insanlarla bağlı müvafiq olaraq hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim hüquq-mühafizə orqanları, o cümlədən, Almaniyanın, Fransanın, hüquq-mühafizə orqanları da araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar layiqli cəzalarını alacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi