Bu dəhlizin təşviq olunmasında Türkiyə ilə yanaşı, Azərbaycan və bir çox başqa ölkələr də fəal surətdə iştirak edirdi. Amma rəsmi İrəvan buna mane olurdular. Bütün cəmiyyətin milli ideya ətrafında cəmləşməsi baş verməsəydi, Qələbə mümkün olmazdı.Tezliklə Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcək ölkələrdən biri kimi müsabiqədə iştirak üçün ərizə verməsi barədə yaxşı xəbərimiz ola bilər. Sovet İttifaqının süqutu ilə Azərbaycanda neft-qaz infrastrukturu tamamilə dağıldı, neft hasilatında kəskin azalma oldu, Bakıətrafı ərazilərdə sanki ekoloji fəlakət baş vermişdi. İndi isə Olimpiya Stadionuna, Su İdmanı Sarayına baxanda onların yerləşdiyi ərazilərdə vəziyyətin əvvəl necə olduğunu təsəvvür etmək çox çətindir. O ərazilərin hamısını neft gölləri basmışdı. Onları təmizləmək üçün çoxlu vəsait xərcləməli olduq və nümayiş etdiririk ki, biz yalnız istehsal etmirik, həm də ərazini təmizləyirik. Eyni zamanda, bizim ətraf mühitə məsuliyyətli yanaşmamıza dəlalət edən amillər arasında 2,6 trilyon kubmetr həcmində təbii qaz yataqlarının olmasını, mövcud boru kəmərləri şəbəkəsi və neft yataqları sayəsində enerji təhlükəsizliyimizi tam təmin etdiyimizə baxmayaraq, bərpaolunan enerji mənbələrinə sərmayə qoymağımız da qeyd oluna Əgər biz elektrik enerjisi istehsalı üçün təbii qaz istehlakını yalnız bərpaolunan enerji resursları hesabına 50 faiz azaltsaq, daha 2,5-3 milyard kubmetr qazı bu saat ehtiyacı olan Avropaya göndərə bilərik.İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə bağlı hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı lazımi proseduralar görülür. Təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparırıq. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi qrupumuz kəndbəkənd, sahəbəsahə gəzərək ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir.Xüsusilə Kəlbəcər, Laçın və Zəngilan meşələrinə daha çox ziyan dəyib. 60 min hektardan çox ərazidə ağaclar kəsilib. Bunu həmin ərazilərin əvvəlki və sonrakı vəziyyətini əks etdirən peyk şəkilləri, habelə fiziki monitorinqimizə əsaslanan təhlil də göstərir. Təbii ki, transsərhəd çayların, xüsusən də Zəngilan ərazisindən keçən Oxçuçayın bəzən sarı rəngə boyanması böyük narahatlıq doğurur. Bu, həqiqətən də ekoloji fəlakətdir. Hazırda əsas qayğımız 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə dəyən ekoloji zərərin düzgün qiymətləndirilməsidir.
Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə, Qazaxıstana və Türkmənistana tranzit xidməti göstərir. Xəzərin şərq hissəsindən gələn tranzit yüklərin böyük hissəsi bu iki ölkədən, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən, qismən də Çindən gəlir.Hazırda gəmiqayırma zavodumuzun genişləndirilməsi potensialının qiymətləndirilməsi üzrə iş aparılır. Əldə olunan çox nikbin məlumata görə, bu zavodda artıq bütün növ gəmilər istehsal etmək mümkündür. Hazırda burada ildə 12 min ton tutumlu 6 tanker istehsal etmək olar. Təkmilləşdirmə işləri nəticəsində bu göstəricini 10-15 tankerə çatdırmaq mümkün olacaq.Azərbaycan ərazisindən də keçən və bizim ərazimizdə tam hazır olan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində fəal işləyirik. Hazırda bizə yalnız Şimal-Cənub xəttinin ötürücülük qabiliyyətini artırmaq lazımdır. Bu marşrut da Körfəzdən Azərbaycana, buradan da Gürcüstana qədər uzanan Cənub-Qərb marşrutu kimi Orta Dəhlizin bir hissəsi ola bilər. Dördüncü Sənaye İnqilabının həyatımıza sürətli müdaxiləsi ilə müşayiət olunacaq çağırışların, xüsusilə məşğulluqla bağlı çağırışın idarə edilməsi üzərində fəal işlər aparılır. Azərbaycanın peyklər və gələcəkdə həyata keçiriləcək layihələr sayəsində kosmik sənayenin inkişafı ilə bağlı artıq müəyyən təcrübəsi var. Bizim texnoloji transformasiyaya hazırlığımızı nümayiş etdirən amillərdən biri də ondan ibarətdir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı Dördüncü Sənaye İnqilabı üzrə mərkəzinin yerləşdiyi ölkə kimi seçmişdir. Bu mərkəzin açılışı bir neçə il bundan əvvəl olmuşdur. Bu mərkəzin Qafqazı və Mərkəzi Asiyanı əhatə etməsi bizi fərəhləndirir. Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Bu amil məşğulluq məsələsi üzərində işləməyə məcbur edir. Müstəqillik dönəmində əhalimiz yeddi milyondan on milyona və hətta bundan da çox artdı. Beləliklə, məşğulluq bizim üçün iqtisadi və sosial inkişafın çox mühüm amilidir. Mərkəzi Asiya ölkələrində yaşıl enerjini istehsal etmək üçün çoxlu investisiya layihələri mövcuddur. Neft və qaz layihələri tamamlananda, indi nəhəng yaşıl hidrogen və yaşıl enerji layihələrinə start verdikdə, Avropaya nəqletmə və ixrac imkanları, həmçinin Mərkəzi Asiya ilə potensial bağlantı imkanı nəzərə alınmalıdır. Ölkəmizin daxili vəziyyəti xarici amillərdən asılı deyil. Buna baxmayaraq, sərhədlərimizin xaricində olan vəziyyət həmişə ciddi narahatlıq doğuran bir məsələdir. Dövləti sıfırdan qurmaq asan deyildi, xüsusilə maliyyə resurslarının məhdud olduğu və siyasi sabitliklə məşğul olduğunuz bir vəziyyətdə. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə çox yaxşı və dost münasibəti var. Bizim qarşımızda bir maneə var, o da Xəzər dənizidir. Lakin müasir texnologiya, qurduğumuz donanma ilə bu maneə olmayacaq. Bu dörd il Qoşulmama Hərəkatının institusional inkişafı baxımından bizim üçün çox vacib olmuşdur. 119 üzv ölkə ilə təmaslar və Zirvə görüşlərinin təşkili baxımından Qoşulmama Hərəkatı böyük tərəqqi, həm də böyük beynəlxalq təcrübə əldə etmişdir. Biz hələ də insanları, həyatları itiririk və demək olar ki, hər həftə bizdə xəsarət alanlar olur. Artıq demək olar ki, 350 nəfər minanın qurbanı olub, onlardan 65-i həyatını itirib. Faciə isə ondan ibarətdir ki, Ermənistanın bizə xəritələri verməsini deməsinə baxmayaraq, əslində, bu xəritələr faydasızdır. O ərazilərdəki onların bizə verdikləri xəritələr onların qənaətinə görə dəqiq idi, bizdə çoxlu insan mina partlayışından zərər çəkir. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror əməliyyatından əvvəlki dönəmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırmışlar.Sabiq məcburi köçkünləri həmişə doğma yurdlarına geri göndərdikdə onlara verdiyimiz əsas mesaj ondan ibarətdir ki, ehtiyatlı olun və girişi məhdudlaşdırılan ərazilərə getməyin. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.