xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İrəvan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir - Qoqua

4-12-2023, 09:00 22 dəfə baxılıb

İrəvan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir - Qoqua


Bu gün Azərbaycan tərəfinin təklif etdiyi Zəngəzur dəhlizi təkcə Azərbaycan və Gürcüstanın deyil, bütövlükdə region xalqlarının mənafeyinə xidmət edir. Təəssüf ki, Ermənistan tərəfi bunun əhəmiyyətini dərk etmir.

Axar.az xəbər verir ki, bu sözləri gürcü siyasi ekspert Giorgi Qoqua Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiyaya birləşdirən yeganə yol – “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən söyləyib.

“Onsuzda Ermənistanın Azərbaycan ilə sülh müqaviləsini imzalamaqdan başqa şansı yoxdur. Bu imza nəticəsində rəsmi İrəvan Bakı və Ankara ilə əməkdaşlıq edərək ölkəsini xilas etmiş olacaq. Ermənistan, eyni zamanda, Zəngəur dəhlizinin açılması üçün də səylərini artırmalıdır”, -deyə gürcü ekspert vurğulayıb.

O deyib ki, Ermənistan üçün bu addım Azərbaycan və Türkiyə ilə məcburi əməkdaşlıq deyil, əksinə, köhnə münaqişələri unutmaq və yeni tarix yazmaq üçün bir şansdır. Çünki yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanın nəqliyyat və logistika dəhlizindən istifadəsi kimi ədalətli təklifi ilə razılaşmaqdan başqa yolu yoxdur.

“İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan həm rəsmi İrəvana güzəştə gedir, həm də Qarabağın erməniəsilli sakinlərinə böyük qayğı nümayiş etdirir. Buna görə də Ermənistan hakimiyyəti Azərbaycanla əlaqələri problemsiz bərpa edə və öz xalqı üçün çox faydalı dəyişikliklər edə bilər. Əsas odur ki, erməni rəsmi dairələrində müvafiq siyasi iradə olsun”, – deyə G.Qoqua vurğulayıb.

O əlavə edib:

“Ermənistan Azərbaycan ilə sülh sazişini imzalasa, qonşu dövlətlərlə mehriban qonşuluq və əməkdaşlıq münasibətləri qazanacaq. Bu müqaviləni imzalamasa özlərini blokada vəziyyətinə salacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi