xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 17:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 11:08 – İlham Əliyev onları təltif etdi 
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 

Ermənistan istəyirmi ERMƏNİLƏR QAYITSIN? - AKTUAL

20-10-2023, 15:30 14 dəfə baxılıb

Ermənistan istəyirmi ERMƏNİLƏR QAYITSIN? - AKTUAL


Avropa Şurası Nazirlər Kabineti Azərbaycana ermənilərin Qarabağa “təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışına şəraitin yaradılması” çağırışını edib. Və bu, Avropa strukturları tərəfindən edilən neçənci çağırışdır. Lakin burada bir neçə ziddiyyətli məqam xüsusilə diqqət çəkir.
Birincisi, Azərbaycan ermənilərin Qarabağı tərk etməsini istəmədiyi halda “deportasiya” ittihamı ilə üzləşir;
İkincisi, Azərbaycan ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıdışına şəraitin yaradıldığını dilə gətirsə də, Qərb ölkələri - Avropa strukturları sanki bunu eşitmir və “qayıdışın təmin edilməsi” haqda eyni sözləri mütəmadi olaraq təkrarlayır;
Üçüncüsü, ermənilərin Qatrabağa qayıdışı çağırışı edən Avropa İttifaqı bu “qaçqınların” təminatı üçün Ermənistana milyonlarla avro pul ayırır;
Dördüncüsü, Ermənistan hakimiyyəti ermənilərin ölkəni tərk etməsini istəmir: paşinyan bu gün verdiyi açıqlamada bildirib ki, artıq 3000 erməni başqa ölkəyə gedib, hərçənd, onların heç bir ölkəyə getməsini istəmir və Ermənistanda qalması üçün hər şeyi edirlər;
Bu mənzərə sual yaradır: Ermənistan ümumiyyətlə ermənilərin Qarabağa qayıdışını istəyirmi?
Paşinyanın son açıqlaması, eləcə də Bakının açıq mövqeyinə baxmayaraq, Aİ-nin İrəvana “qaçqınlara yardım” adı altında maliyyə ayırması ermənilərin qayıdışında çox da maraqlı olmadıqlarını deməyə əsas verir. “Ermənilərin qayıdışı” məsələsinin Ermənistan və Avropa strukturları tərəfindən Azərbaycana qarşı davamlı ittiham motivi olaraq istifadə edildiyi ortadadır və bunun davamlı olacağı gözlənilir. Ermənistan hakimiyyəti isə bundan həm də maliyyə yardımı almaq üçün istifadə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi