xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Paşinyan öz aləmində siyasi gedişlər edir... - Qatar isə çoxdan hərəkətdədir...

4-09-2023, 15:30 20 dəfə baxılıb

Paşinyan öz aləmində siyasi gedişlər edir... - Qatar isə çoxdan hərəkətdədir...


Son olaylara nəzər salsaq, əslində baş verənlərin daha çox Ermənistanı narahat etməli olduğunu görərik. Çünki istənilən halda regionda müharibə ovqatının artması bəzilərinin iddia etdiyi kimi, yenidən dünyanin diqqətinin məhz erməni açısından Qarabağa yönəldilməsi anlamına gəlmir, yəni o qənaət yaranmır ki, Qarabağda ermənilər var və guya onların hüquq və azadlıqları pozulur. Əksinə olaraq belə qənaət yaranır ki, artıq Güney Qafqazdan gedə biləcəyini anlayan Rusiya ÇABA GÖSTƏRİR və bu məsələdə hər zaman olduğu kimi, yenə də Ermənistandan bir alət kimi istifadə etməkdədir.

Yəni artıq beynəlxalq aləm Qarabağ probleminin hər türlü mövcudiyyətinin mıhz rusların marağında olmasına gün kimi əmindir. Ona görə də ermənilərin həm TIR şosu, həm də hərbi gücə əl atma cəhdləri yalnız və yalnız Avropanın bəzi korrupsuyalaşmış dairələrinin marağındadır. Ən əsası isə təbbi ki, əsas faydalanan tərəf də Rusiyadır.

Bunu Paşinyan da əslində gözəl anlayır, sadəcə alət olduğundan ifadə edə bilmir. Həm də etiraf edə bilmir ki, artıq beynəlxalq aləm israrlıdır ki, ruslar Güney Qafqazdan getsin. O səbəbdən bir-birinə zidd açıqlamalar verir, özünü gülünc vəziyyətə salır.

Bundan sonra NƏ OLACAQ? Bu sualın cavabı artıq aydındlr. Rusiya hır yerdə olduğu kimi Güney Qafqazda da öz sınırları içinə qədər çəkiləcək. Geri çəkilmə aqibətini eyni zamanda Ermənistan da yaşayacaq. Başqa cür ola da bilməz. Artıq proses başlayıb. Özü də lap çoxdan... 2020-ci ildən də əvvəl...

Məhəmməd Ərsoy






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi