xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

İrəvan yalvarır, icazə istəyir: Ancaq rəsmi Bakının hədəfi dəyişmir

11-08-2023, 09:17 26 dəfə baxılıb

İrəvan yalvarır, icazə istəyir: Ancaq rəsmi Bakının hədəfi dəyişmir


Azərbaycan Ermənistanı növbəti dəfə ağır məğlubiyyətə uğratdı, rəsmi İrəvan geri çəkildi, Bakıya məlumat verdi... Rəsmi Bakı İrəvanın müraciətini geri çevirdi, beynəlxalq hüquqa bağlı şərtləri ön plana çıxartdı, Azərbaycanın mövqeyi dəyişməzdir...
Ermənistan daxili xaosa doğru sürüklənir. Paşinyan hakimiyyətinin son vaxtlar buraxdığı kobud səhvlər rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Üstəlik, rəsmi İrəvanın kobud səhvlərindən indi Kreml və Rusiyaya bağlı erməni radikal-revanşistlər də istifadə etməyə çalışırlar. Yəni, Paşinyan hakimiyyəti faktiki olaraq, "çarpaz atəş" altında qalıb. Və rəsmi İrəvanın belə vəziyyətdə daxili siyasət məkanında sərt addımlar atmaq məcburiyyəti artıq şübhə doğurmur.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Azərbaycana qarşı "humanitar yük" təxribatına başlayarkən, bu avantüranın son nəticəsini dəqiq hesablamağı bacarmayıb. Əslində, belə yalnız avantüra və manipulyasiyalara bağlı təxribatlar ənənəvi "erməni zehniyyəti"nə tamamilə uyğun davranışlardır. Halbuki, erməni siyasi düşüncəsi belə avantüraların dövrünün uzaq keçmişdə qalması ilə hələ də barışa bilmir. Və bu səbəbdən də, erməni toplumu ardıcıl olaraq, öz sərsəm xəyallarının bumerang zərbələrinə məruz qalır.

Paşinyan hakimiyyəti indi nə edəcəyini demək olar ki, bilmir. Çünki rəsmi Bakıdan icazəsiz göndərilmiş "humanitar yük" Azərbaycanla sərhəddə yığılıb, qalıb. Onun Laçın postundan keçirilməsinin mümkün olmayacağı qətiyyən şübhə doğurmur. Rəsmi Bakı çevik və prinsipial manevrlə Paşinyan hakimiyyətinin təxribatını Ermənistanın əleyhinə çevirməyi bacarıb.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)Məsələ ondadır ki, rəsmi Bakı "humanitar yük"ün beynəlxalq hüquq normaları çərçivəsində prosedurların icrası ilə Ağdam-Xankəndi yolundan daşınmasını təklif edib. Yəni, rəsmi Bakı Laçın yolundan nəzarətsiz istifadə planı quran Paşinyan hakimiyyətinə "bunu unudun" mesajı verib. Laçın yolunu yenidən hərbi məqsədlərlə istifadə olunan "dəhlizə" çevirmək mümkün olmayacaq. Və indi rəsmi İrəvan Laçın yolunu həmişəlik unudub, Azərbaycanın birbaşa marağında olan Ağdam-Xabkəndi marşrutunu qəbul etmək məcburiyyətində qalıb.

Əks halda, Paşinyan hakimiyyəti "humanitar yük" yenidən İrəvana qartarmalı olacaq. Çünki rəsmi Bakı öz prinsipial və qətiyyətli mövqeyi ilə Paşinyan hakimiyyətinə başqa çıxış yolu buraxmayıb. Böyük strateji məğlubiyyətlə "geri dönüş" Paşinyan hakimiyyətinə ağır daxili siyasi hücum vəd edir. Halbuki, Ermənistan cəmiyyətində sosial dayaqlarını sürətlə itirməkdə olan Paşinyan hakimiyyəti üçün indiki situasiyada belə hücumlara tab gətirmək qətiyyən asan olmayacaq.

Deməli, rəsmi İrəvan üçün tək bir variant qalmış kimi görünür. Yəni, "humanitar yük"ün İrəvana qaytarılması məcburiyyətindən yayınmaq üçün rəsmi İrəvan mütləq Azərbaycanın təklifini qəbul etməlidir. Düzdür, bu halda da Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində sərt ittihamlar ilə üzləşəcəyi qətiyyən şübhə doğurmur.

Ancaq bu, Paşinyan hakimiyyətinin seçə biləcəyi iki uğursuz variant arasında daha məqbul olanıdır. Çünki bu variant rəsmi İrəvana ittihamları "humanitar yük"lərin ünvana çatdırılması barədə arqumentlərlə cavab vermək şansı da verir. Halbuki, ümumi anlamda hər iki variantda yeganə qalib statusu məhz Azərbaycan tərəfinə məxsus olacaq.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)Məsələ ondadır ki, rəsmi Bakı öz siyasi iradəsini Ermənistana qəbul etdirəcək. "Laçın dəhlizi" xəyalı birdəfəlik sona çatacaq. Rəsmi Bakının planlaşdırdığı kimi, bütün yüklər Laçın yolu ilə deyil, məhz ciddi yoxlama və nəzarət şərtilə Ağdam-Xankəndi marşrutuyla daşınacaq. Və bununla da Qarabağın erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyası qarşısında olan daha bir əngəl aradan qaldırılacaq.

Göründüyü kimi, Ermənistanın təxribatları iflasa uğraması üzrədir. Rəsmi İrəvan bundan sonra Azərbaycanın geopolitik iradəsi qarşısında acizdir. Rəsmi Bakı şərtləri müəyyən edir, Ermənistan isə onların icrasına məhkum durumdadır. Və bunun real əlamətləri də artıq açıq-aşkar müşahidə olunmağa başlayıb.

Maraqlıdır ki, Ermənistan mətbuatında rəsmi İrəvanın Azərbaycana müraciət etdiyi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia olunur ki, Paşinyan hakimiyyəti rəsmi Bakıdan "humanitar yük"ün Azərbaycan ərazisinə keçirilməsi üçün icazə istəyib. Üstəlik, "humanitar yük"lər barədə rəsmi Bakıya detallı məlumatlar da verildiyi bildirilir. Və bu, Ermənistanın rəsmi Bakının siyasi iradəsi qarşısında təslim olmaq üzrə olduğunu iddia etməyə əsas verir.

Ancaq rəsmi Bakının Paşinyan hakimiyyətinin icazə müraciətinə müsbət cavab verəcəyi qətiyyən inandırıcı deyil. Düzdür, bu icazə müraciəti rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı suveren hüquqlarını növbəti dəfə etiraf etməsi anlamı daşıyır. Yəni, rəsmi İrəvan etiraf edir ki, Laçın yolu da, Qarabağ regionun da Azərbaycan ərazisidir. Və bu regionla bağlı nə Ermənistan, nə də Rusiya rəsmi Bakının icazəsi olmadan hər hansı addım ata bilməz.

02963ab6-df35-492d-a9e8-f160c6dfe70d.jpg (251 KB)Məsələnin ən önəmli tərəfi də məhz bu məqamda gizlənir. Belə ki, rəsmi İrəvan belə məzmunlu müraciət ilə Azərbaycandan icazə almaq şansına sahib deyil. Çünki Paşinyan hakimiyyəti "humanitar yük"ün rus sülhməramlıların müşayiəti ilə məhz Laçın yolu üzərindən daşınması üçün rəsmi Bakıdan icazə istəyib. Halbuki, bunun mümkün olmayacağını rəsmi Bakı Ermənistanın icazə müraciətindən xeyli əvvəl bildirib.

Məsələ ondadır ki, rəsmi Bakı "humanitar yük"lərin Laçın yolu ilə deyil, məhz Ağdam-Xankəndi marşrutuyla daşınması barədə prinsipial mövqeyini dəyişmək niyyətində deyil. Belə ki, "humanitar yük"lər əvvəlcə Azərbaycan sərhədçiləri və gömrükçüləri tərəfindən yoxlanılmalıdır. Yalnız bundan sonra isə Ağdam-Xankəndi yolu ilə Qarabağın erməni azlığına çatdırıla bilər. Üstəlik, bu prosesdə rus sülhməramlıların iştirakına da artıq qətiyyən ehtiyac yoxdur. Və prosesi Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələri təmin etmək imkanındadır.

Göründüyü kimi, rəsmi İrəvan hansı avantüraya əl atsa da, Ermənistanın "humanitar təxribat"ının baş tutması mümkün deyil. Şərtləri məhz rəsmi Bakı müəyyən edir. Ermənistan isə yalnız Azərbaycanın müəyyən etdiyi qaydalara riayət etmək məcburiyyətindədir. Çünki beynəlxalq hüquq normaları məhz bu reallığı dəstəkləyir.(musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi