xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İrəvanın hiyləsi, Bakının sərt reaksiyası

1-08-2023, 09:30 17 dəfə baxılıb

İrəvanın hiyləsi, Bakının sərt reaksiyası


Ağır məğlubiyyətə uğrayan Ermənistan

Ermənistan hakimiyyəti artıq özünün məkrli və hiyləgər “humanitar şou”sunun girovuna çevrilib. Çıxılmaz vəziyyətə düşən İrəvan nə irəli, nə də geri addım ata bilir. Ermənistan növbəti dəfə Bakının daha düşünülmüş, qətiyyətli və sərt cavabı ilə öz qazdıqları quyuya yenə də özləri düşmüş oldular. Nəticədə “şou”nun müəllif və rejissorları gözlədiyi nəticə ala bilmədilər.
Hiyləgər və məkrli planın müəllifləri hesab edirdilərsə, bununla nəinki erməni cəmiyyətinin, həmçinin beynəlxalq birliyin Azərbaycana təzyiqini təşkil edib onu geri çəkməyə vadar etməyi düşünürdülərsə, yanıldılar.

Birincisi, erməni cəmiyyəti, xüsusən də siyasi palitrada, politoloqlar və ekspertlər cəmiyyəti də bunu “şou” hesab edirlər. Onlar hesab edir ki, bu “şou” erməni cəmiyyətini birdəfəlik Qarabağdan əl çəkməyə xidmət edir. Yəni Paşinyan hakimiyyəti bununla erməni cəmiyyətinə və onu buna vadar edən mərkəzlərə mesaj verir ki, bax, gördünüz, əlimizdən gələni etdik, amma alınmadı.

İkincisi, məqsədinə nail olunmayan “şou” Ermənistanın güczüs və zəif olduğunu dünyaya bir daha nümayiş etdirdi.

Üçüncüsü, beynəlxalq birliyin, xüsusən də sülh danıqşılarında vasitəçi rolunda iştirak edən dövlətlərin və maraqlı güclərin Azərbaycana qarşı təzyiqini təşkil etmək planı iflasa uğradı. Beynəlxalq birlik və maraqlı tərəflər fəaliyyətlərini ancaq bəyanat verib tərəfləri gərginlik yaratmaqdan geri çəkilmək barədə çağırış oldu. Çünki beynəlxalq aləm də əvvəlcədən tərəflər arasında razılaşdırılmayan “humanitar şou”nun beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğundan, belə bir “şou”ya dəstək nəticədə beynəlxalq praktikada xoş olmayan presidentlərə gətirib çıxara bilər. Hətta təbii fəlakətlər və digər böhranlarda dövlətlər humanitar yardım göstərmək istəyərkən yardıma ehtiyacı olan ölkə ilə razılaşdırıb bunu edir. Bu, bir beynəlxalq norma və praktikadır.

Dördüncüsü, İrəvan “humanitar şou” adı altında Azərbaycana qarşı beynəlxalq mediada informasiya müharibəsinə nail olmaq istəyirdi. Amma bu məsələdə də planları iflasa uğradı.

Beşincisi, sülh prosesində iştirak edən ölkələrlə Azərbaycanı qarşı-qarşıya qoymaq planı da puç oldu. Başda ABŞ olmaqla nə Qərb, nə də Moskva məsələdə Bakıya qarşı sərt çıxış etdi. Sülh platformasının iştirakçıları tərəfləri gərginlik yaratmaqdan geri addım atmağa çağırdı. Hətta ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti ilə telefon danışığında Bakının təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadəni bir daha gündəmə gətirməli oldu.
İrəvanın “humanitar şou” aksiyasına isə Bakının adekvat cavabı daha sərt oldu. Bakı Qarabağda əlini azərbaycanlıların qanına bulaşdıran cani Vaqif Xaçaturyanı həbs etməklə ermənilərə və onun havadarlarına “ağlınızı başınıza yığın” ciddi mesajını vermiş oldu. Bununla demək istədi ki, bu cür oyunbazlıqla Azərbaycana təzyiq etmək mənasız və absurd yanaşmadır. Sülh şərtləri bəllidir və Bakı şərtləri açıqlayıb. Əgər sülhə mane olan təxribatlar davam edərsə və ya bundan manipulyasiya, spekulyasiya edilərsə, o zaman Bakı daha sərt addımlara əl ataraq sülhəməcburetmə taktikasına əl ata bilər və bu istisna deyil. Vaqif Xaçatryanın həbsi bunun bariz nümunəsidir.
Xaçatryanın həbsi eyni zamanda Ermənistandakı revanşistlərə, Xankəndidəki terrorçu-quldur dəstəsinə və onların havadarlarına da ciddi mesaj idi. Əgər onlar hesab edirdilərsə ki, onlar törətdikləri bəşəri cinayətlərdən xilas olacaqlar, yanılırlar. Xaçatryanın həbsi bunu bir daha sübut etdi ki, günün birində onların da qolları qandallanıb ədalət mühakiməsi qarşısına çıxarılacaqlar və layiqli cəzalarını alacaqlar.

Yekun olaraq onu qeyd etmək olar ki, ermənilər nə qədər belə hiyləgər və məkrli oyunlar quracaqsa, Azərbaycan tərəfinin də həmin oyunları pozub onları öz qazdıqları quyuya salmaq üçün cavab tədbirləri də mövcuddur. Azərbaycanın cavab addımları ilə Ermənistanın öz inadkar “istəyi” ilə daha ağır məğlubiyyətlərə uğradılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi