xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Zakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTO

17-02-2023, 11:46 14 dəfə baxılıb

Zakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTO


Azad edilmiş ərazilərdə bölmələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Müdafiə naziri döyüş mövqelərinə gələrək əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib. Qeyd olunub ki, müasir texniki avadanlıqla təchiz olunmuş mövqelərdə qarşı tərəfin bütün fəaliyyətləri fasiləsiz müşahidə edilir.

Şəxsi heyətlə görüşən nazir onların döyüş ruhu və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.

Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə çay süfrəsi arxasında söhbət edib, onların qayğıları ilə maraqlanıb.

Müdafiə Nazirliyinin rəhbər heyəti daha sonra növbəti hərbi hissəyə gələrək burada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada zəruri infrastruktur yaradılıb.

Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.

Sonda müdafiə naziri Ali Baş Komandanın tapşırığına əsasən hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.

Zakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTOZakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTOZakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTOZakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTOZakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTOZakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTOZakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTOZakir Həsənov azad edilmiş ərazilərdə olub - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi