xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 
  • 14:11 – Zəngəzurdan keçəcək “Tramp Yolu” Orta Dəhlizin bir hissəsi olacaq - Prezident 
  • 13:12 – “Biz cəmi 9 aydır ki, sülh şəraitində yaşayırıq” 

BU DA OLMALI İDİ: `Rusiya `sülhməramlıları` erməni sahibkarlardan pul qoparırlar...` - Erməni vəkil FAKTLARI AÇIR...

30-01-2023, 15:30 12 dəfə baxılıb

BU DA OLMALI İDİ: `Rusiya `sülhməramlıları` erməni sahibkarlardan pul qoparırlar...` - Erməni vəkil FAKTLARI AÇIR...


Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti(!) yerləşdirilmiş Rusiya "sülhməramlı"ları Ermənistandan Qarabağa ərzaq və s. malların çatdırılmasını təşkil etmək müqabilində erməni sahibkarladan rüşvət alırlar.

Moderator.az xəbər verir ki, bu haqda "@reartsakh" teleqram-kanalında Xankəndindəki vəkil Roman Yeritsyan məlumat yayıb.

"Bir neçə gün əvvəl mən Artsaxın bir sıra təsərrüfat subyektlərindən öyrəndim ki, kifayət qədər əhəmiyyətli məbləğdə pul kompensasiyası müqabilində sonuncular Rusiya "sülhməramlı" kontingentinin bəzi əməkdaşlarının köməyi ilə təxminən 35 milyon dram dəyərində əmlakı (telefon, kompüter, aksesuarlar, ərzaq, zəruri əşyalar və s.) gətirtməyə çalışıblar. Onlar da öz növbəsində çatdırılmasına görə ödəniş aldıqları əmlakı mənimsəmiş və hazırda onu sahibkarlara verməkdən imtina edirlər.

Daha sonra "sülhməramlı" kontingentin yüksək rütbəli məmurları da məsələni həll etmək üçün sahibkarlardan külli miqdarda pul (3 milyon dram) qoparmağa çalışıblar, lakin onlar bundan imtina etdikdən sonra sahibkarlara əmlakın bir hissəsinin zədələndiyini, digər hissəsinin təyinatı üzrə yararsız vəziyyətə düşdüyünü bildiriblər. Hazırda "sülhməramlı" kontingentin məsul şəxsləri iş adamları ilə görüşməkdən belə, imtina edərək, məsələnin həllini gözləməyi təklif edirlər. Məsul şəxslərdən biri təklif etdi ki, iş adamlarına dəyəri sadəcə ölçülməz olan uyğun qalan əmlakı təhvil versinlər, qalanını isə unutsunlar"
P.S. Əmlakın verilməsi, əmlakın dəyəri, pul tələb edilməsi, əmlakın məhv edilməsi, əmlakın mənimsənilməsi, əmlakın məhv olması haqda yalançı ifadələr və s. haqda aydın sübutlar var",- deyə erməni vəkil bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi