xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 

Azərbaycan XİN: “Dağlıq Qarabağ əhalisi” anlayışı mövcud deyil"

23-12-2022, 12:12 32 dəfə baxılıb

Azərbaycan XİN: “Dağlıq Qarabağ əhalisi” anlayışı mövcud deyil"


Dağlıq Qarabağ əhalisi” anlayışı mövcud deyil. Keçmiş “Dağlıq Qarabağ”ın azərbaycanlı əhalisi məhz Ermənistanın bədnam etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərdən qovulub və hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməni sakinlər əhalinin bütün seqmentlərini təmsil etmir".

Bu barədə Azərbaycan XİN-in açıqlamasında bildirilib.

Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin son bir neçə gün ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, guya Laçın yolunun bağlanması, bölgədə “humanitar fəlakət” yarandığı barədə Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin təkrarladığı iddialar eynilə əsassızdır:

"Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları, erməni təcili tibbi maşınları daxil olmaqla, bir sıra nəqliyyat vasitələri heç bir maneə olmadan yoldan keçib. Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi