Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı-terrorçuların üzdəniraq "xeyriyyəçi" lideri Ruben Vardanyan dekabrın 16-da Xankəndinə qaz verilişinin bərpasından guya ruhlanaraq ertəsi gün – 17 dekabr saat 15:00-a kütləvi mitinq təyin etmiş və Qarabağdakı bütün haykları bu təxribatçı tədbirə dəvət etmişdi. Lakin elə 16-sı axşamdan Putinin milyarder "desantı"nın Xankəndindəki kütləvi mitinqi təxirə saldığı bəlli oldu. Sonradan vəd etdiyi kimi, Ağdərə, Xocavənd və Əsgərandakı hayklarla görüş keçirsə də, Vardanyan hələki 5 gün ərzində çağırdığı mitinqi keçirə bilməyib...
Bəs buna səbəb nə oldu?..
Moderator.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri də bu suala cavab tapmağa çalışıb.
Erməni nəşri hesab edir ki, Putin və digərlərinin “çirkli” pullarını “yumaq” işində mahir olan biznesmen Vardanyan "siyasi vəzifə"də olduğu cəmi bir aydan çox müddətdə bir sıra yanlışlıq və tələskənliklərə yol verib.
Qəzet yazır ki, o, həmçinin dekabrın 17-də Xankəndinin “Dirçəliş” meydanında sonradan təxirə salmalı olduğu mitinq çağırmağa da tələsib.
“Qarabağdakı mənbələrimiz deyirlər ki, Vardanyan mitinqlə bağlı təkbaşına qərar verib. Sonra ona yanacaq problemi olduğunu, insanların ehtiyat benzinindən mitinqə gəlmək üçün istifadə etməyəcəyini və "quş" qoymaq xatirinə mitinq keçirməyin mənası olmadığını deyiblər... Ona görə də Vardanyan bildirib ki, “bizim bu mitinqi 1990-cı illərin əvvəllərində olduğu kimi, göstərməklə bağlı problemimiz var. Hakimiyyətlə xalq arasında səmimi ünsiyyət olmalıdır. Ona görə də uzun-uzadı müzakirələrdən sonra qərara gəldik ki, sabah(17 dekabr- S.L.) Mardakertə(Tərtər rayonunun Ağdərə şəhəri-S.L.) gedək, saat üçdə orada iclas keçirək, insanlarla ünsiyyətdə olaq, səhərisi gün Martuniyə(Xocavənd-S.L.), o biri gün Əsgərana gedək. Və yalnız bundan sonra Stepanakertdə (Xankəndində-S.L.)mitinqin necə təşkil olunacağı bəlli olacaq..."
Ola bilər ki, ruslar da mitinqin əleyhinədirlər, ona görə də Vardanyan rayonları gəzməyə, taktikasını izah etməyə, insanlarla ünsiyyət qurmağa başlayıb”- deyə erməni qəzeti sonda yazır.
Xatırladaq ki, Moderator.az Xankəndindəki sözügedən mitinqin təxirə salınmasını belə şərh etmişdi:
“Göründüyü kimi, R.Vardanyan birbaşa olmasa da, dolayısıyla etiraf edir ki, "problem var"- Xankəndində nəzərdə tutduqları mitinqə yetərincə, yəni bu il oktyabrın 30-da hayk ünsürü toplaya bilmir. Ən əsas səbəb isə aydındır: Laçın yolu bağlıdır və oktyabrda olduğu kimi, bu dəfəki mitinqə Ermənistandan erməniləri gətirmək olmur. İkinci səbəb isə, yəqin ki, Qarabağda olan-qopan haykların da R.Vardanyana inamlarını itirməsidir... Bu səbəblərdən də o, qapı-qapı gəzib, pul paylayıb mitinqə məxluq toplamağa qərar verib...
Bununla həm də sübut olunur ki, Qarabağda Rusiya və erməni mənbələrinin bildirdiyi kimi, nəinki 120 min, heç 20 min də hayk yoxdur...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.