xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Xankəndidən Bakıya çoxsaylı zənglər var - VİDEO

21-12-2022, 10:16 40 dəfə baxılıb

Xankəndidən Bakıya çoxsaylı zənglər var - VİDEO


Qarabağda yaşayan ermənilər üçün yaradılan "qaynar xətt"ə indiyə qədər çox sayda zəng daxil olub.

Xezerxeber.az məlumatına görə, yüzlərlə erməni Bakıya zəng vuraraq Laçın yolunun niyə bağlı olduğunu soruşub. Zəng edən ermənilər məsələ ilə bağlı bizim məqsəd və məramımızı öyrənməyə çalışırlar. Təbii ki, həmin şəxslərə izah olunur ki, yolu biz bağlamamışıq.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"-nin rəhbəri Dilarə Əfəndiyeva deyib.
Laçın-Xankəndi yolunda etiraz aksiyasının təşkilatçlarından biri olan hüquq müdafiəçisi Dilarə Əfəndiyeva deyir ki, aksiyanın ilk günündən məlum oldu ki, proses uzanacaq.

“Çünki sülhməramlı qoşunlar tələblərə cavab vermirdi, biz də öz fikrimizdə qəti idik. Aksiya uzandıqca sülhməramlılar yolu bağladılar və mən fikirləşdim ki, Qarabağda yaşayan ermənilər arasında humanitar problem mövcud olacaq”, - D.Əfəndiyeva deyir.

Hüquq müdafiəçisi bildirir ki, Qarabağda yaşayan ermənilər üçün yaradılan "qaynar xətt"ə indiyə qədər çox sayda zəng daxil olub.

Onun sözlərinə görə, Qarabağ bölgəsindən "qaynar xətt"ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib.

Daha ətraflı videomaterialı təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi