xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

"Volkov, sənin yiyən var?” – AzTV-dən haqlı sual

12-12-2022, 15:16 73 dəfə baxılıb

"Volkov, sənin yiyən var?” – AzTV-dən haqlı sual


AzTV Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovla bağlı aktual şərh yayımlayıb.

“Həftə” verilişinin aparıcısı Rövşən Məmmədov Volkovun və tabeçiliyində olan hərbçilərin azərbaycanlılara qarşı saymazyana hərəkətlərinin, separatçı ermənilərə, iranlı casuslara hamilik etməsinin arxasında kiminsə dayandığına işarə edib.

“Axı sülhməramlı kontingentin rəhbərini kimsə təyin edir. Əgər bu təyinat – təbii ki, bu belədir – Moskvadan gəlirsə, Volkovun atdığı addımlara istiqamət verən Moskvadırsa, o zaman belə çıxır ki, o, gördüyü işlərlə bağlı hesabatı Rusiya Prezidenti Vladimir Putinə verir. O halda onun yarıtmaz fəaliyyətinə niyə Kremldən reaksiya gəlmir? Belə çıxır ki, Volkovun Vardanyanla şərikli biznesinin bir ucu da rəsmi Kremlə gedib çıxır”, - deyə şərhdə qeyd olunur.

Bu gün Volkovun atdığı pozucu addımların Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbələr vurduğu da şərhdə vurğulanıb.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlər qeyri-qanuni istismar edilir. Azərbaycan tərəfi bununla bağlı sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib, lakin müraciətə müsbət cavab verilməyib. Ötən həftə Azərbaycan həmin ərazilərə ekoloji missiya göndərib, amma sülhməramlılar azərbaycanlı jurnalistlərin işinə maneə törədib, onların danışıqların aparıldığı Xocalı rayonuna girişinə icazə verməyib.

Bu gün isə Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir. Onlar faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi