xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

İrəvan və Rusiya Türkiyədən asılıdır - Çoboyandan ermənilərə "ağıllı olun" mesajı

8-12-2022, 11:07 48 dəfə baxılıb

İrəvan və Rusiya Türkiyədən asılıdır - Çoboyandan ermənilərə "ağıllı olun" mesajı


Aydın başa düşmək lazımdır ki, Ermənistan Qərblə daha sıx əlaqədə olmaq və oradan yardım, dəstək almaq istəyirsə, bu, ancaq Türkiyənin simasında ola bilər.

Bunu Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyasının (EAFJD) təsisçisi və keçmiş rəhbəri, Paris Hüquq və Münaqişələrin Həlli üzrə “Qafqaz” Mərkəzinin rəhbəri Hilda Çoboyan erməni mediasına müsahibəsində deyib.

“Bölgədə üçüncü qüvvə ola bilməz - ya Rusiya, ya da Türkiyədir”- Çoboyan qeyd edib.

Onun sözlərinə görə, hazırda Ermənistanda kifayət qədər ciddi ekspertlər görürəm ki, onlar ABŞ-ın Ermənistana gələcəyinə ümid edirlər.

“Bu, əlbəttə ki, gözəl olardı, amma nə Ermənistanın, nə də diasporun belə bir potensialı yoxdur”- o vurğualyıb.

Ekspert əlavə edib ki, Qərb ölkələrində yaşayan ermənilər olaraq onların Ermənistan və Türkiyə ilə bağlı siyasətini yaxşı bilirlər: “Ankara davamlı olaraq Bakının maraqlarını qoruyacağını bəyan etməklə onları qorxuda saxlayır”.

Çoboyan eyni zamanda illüziyalara qapılıb başqalarına ümid etməyi yanlış hesab edir: “Yanlış olaraq başqalarına güvənməklə illüziyalara qapılırıq. Bunu aydın başa düşmək lazımdır ki, əgər Fransaya Ermənistanın yoxa çıxması lazımdırsa, o da olacaq. Eyni sözləri Rusiya, ABŞ haqqında da demək olar... Deməli, Ermənistan hakimiyyəti Qərbin və ya Rusiyanın gəlib bizi xilas edəcəyi nağıllarına inanmamalıdır. Bu, suveren Ermənistan dövlətinin siyasəti ilə bağlı məsələdir”.

Rusiyanın üzləşdiyi duruma və bölgədəki proseslərə müdaxiləsinə gəldikdə Çoboyan deyib ki, Rusiyanın Ermənistanı əvvəlkitək lazımi səviyyədə silahlandırmasını gözləməyə dəyməz, üzləşdiyi vəziyyət bəllidir.

“Digər tərəfdən isə hazırda Moskva bəzi məsələlərdə Türkiyədən asılıdır, üstəlik, güclü türk lobbisi var”, - o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi