xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

“Suyunuz süzülə-süzülə getdiniz, çıxarın qoyun ortalığa” – Novruzovdan Lavrova göndərmə

2-12-2022, 12:54 40 dəfə baxılıb

“Suyunuz süzülə-süzülə getdiniz, çıxarın qoyun ortalığa” – Novruzovdan Lavrova göndərmə


“İndi dəfn olunmuş ATƏT MQ həmsədri olmuş Rusiya XİN başçısı Segey Lavrov o boyda Rusiya dövlətinin marağını kənara qoyub, bir qrup erməniyə yanğısından danışır”.

Bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

“Biz vaxtında ermənilərə dedik ki, irəli sürdüyümüz təkliflə razılaşın. Razılaşmalıdılar. İndi də belə çıxılmaz vəziyyətə düşüblər. Bu XİN başçısının danışığıdır. Hansı ki, Rusiya Prezidentinin birbaşa iştirakı və imzası ilə 3 protokol imzalanıb. Rusiya imzaladığı sənədlərə görə məsuliyyət daşıyır. Sən özündən niyə yalan danışırsan. Biz dedik ki, Qarabağın statusunu sonraya saxlayaq. Lakin imzalanan heç bir sənəddə Qarabağın statusu ilə bağlı bir müddəa da yoxdur”, - qeyd edib.

Deputat əlavə edib ki, Soçi görüşündə belə bir müddəa salınmasına cəhd edildi: “Lakin Azərbaycan Prezidentinin qətiyyəti, cəsarəti nəticəsində mümkün olmadı və suyunuz süzülə-süzülə getdiniz.

Lavrov xəritədən danışır. Deyir ki, xəritə ancaq bizdədir və ona uyğun şəkildə delimitasiya prosesi həyata keçirilir. Əgər sizədirsə, niyə gizlədirsiniz? Çıxarın qoyun ortalığa... Gizlətməkdə məqsəd nədir?

Ona görə də parlamentlərarası dostluq qrupları vaxtında fəaliyyət göstərməlidir ki, sonradan “niyə belə oldu?”, “təəssüf edirik” kimi ifadələr işlətməsinlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi