xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTO

15-11-2022, 14:39 23 dəfə baxılıb

İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTO


Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranadakı “Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Albaniyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Albaniyanın Dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Bayram Beqaya, Albaniyanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi olub - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi