xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

"Konkret nəticələr var, Bakının reaksiyası ondan ibarətdir ki..." - Aİ

7-06-2022, 10:34 33 dəfə baxılıb

"Konkret nəticələr var, Bakının reaksiyası ondan ibarətdir ki..." - Aİ


“Brüssel Azərbaycan və Ermənistandan müsbət mesajlar almaqdadır. Aldığımız mesaj ondan ibarətdir ki, liderlərin bir neçə həftə əvvəl Brüsseldə keçirilən görüşü müəyyən konkret nəticələr verdi. Sərhəd komissiyalarının ilk iclası keçirilib. Sonra kommunikasiya xətlərinin açılması məsələsini müzakirə etmək üçün Moskvada baş nazir müavinlərinin görüşü baş tutdu və liderlər bunu Brüsseldə də müzakirə etdilər. Bu bizi ruhlandırır. Bakının reaksiyası ondan ibarətdir ki, həm Brüssel görüşünün, həm də onun sonrakı gedişatının qiymətləndirilməsi müsbətdir. Beləliklə, kifayət qədər müsbət tendensiya var. Düşünürəm ki, onu inkişaf etdirmək olar”.

Bu fikri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Avropa İttifaqı heç bir şeyə müəlliflik hüququ iddia etmir. Biz tərəqqiyə nail olmaq və onu dəstəkləməkdə maraqlıyıq. Düşünürəm ki, Prezident Mişelin (Ermənistan və Azərbaycan) liderləri ilə üç görüşü, eləcə də Prezidentlər Makron, İlham Əliyev və baş nazir Paşinyanla görüşü ilə buna nail ola bildi. Bizim etmək istədiyimiz də budur”, - deyən avropalı diplomat başqa formatların, xüsusən də Moskvada ölkə liderləri səviyyəsində üçtərəfli görüşlərin olduğunu xatırladıb.

Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin Moskvada regionda kommunikasiyaların açılması məsələlərinə dair işçi qrupunun sonuncu görüşünə gəlincə, Toivo Klaar bunları qeyd edib: “Əgər bu, bizi düzgün istiqamətə yönəldirsə, çox yaxşıdır. Axı Avropa İttifaqının yeganə marağı prosesi asanlaşdırmaq və uzunmüddətli hərtərəfli nizamlanmanın əldə olunmasına kömək etməkdir”.

Qarabağ ermənilər məsələsinə toxunan avropalı diplomat hesab edir ki, sonda Qarabağ erməniləri həllin bir hissəsi olmalıdır: “Hesab edirəm ki, hərtərəfli nizamlanma olmalıdır. Münaqişənin necə başladığını hamımız bilirik, nəhayət, birdəfəlik bitməlidir. …Biz münaqişənin hərtərəfli həllinə ehtiyac olduğunu vurğulamışıq və bu istiqamətdə işləyirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi