xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Xəzərdən 6 ədəd gəmi minasının aşkarlanması sıradan məsələ deyil - Ölkəmizə mesaj verilir?

5-05-2022, 13:30 64 dəfə baxılıb

Xəzərdən 6 ədəd gəmi minasının aşkarlanması sıradan məsələ deyil - Ölkəmizə mesaj verilir?


Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində 6 ədəd böyük gəmi minası aşkarlanıb. Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Minaların mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə zərərsizləşdirilməsi planlaşdırılıb. Həmçinin, axtarış tədbirlərinin davam etdiriləcəyi deyilib. Daha sonra açıqlama verilib ki, minalar keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılıb. Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, ümumiyyətlə, tapılan mina indiki situasiyada təsadüfi deyil. Ekspertin sözlərinə görə, Xəzər dənizi hərbi qarşıdurma meydani deyil və belə bir münaqişə yaxın perspektivdə olmayıb:

“Xəzər dənizində Azərbaycanın strateji neft yataqları var və Azərbaycan iqtisadiyyatının ürəyi burada yerləşir. İddiaların olması təbiidir. Əlbəttə, buna görə birbaşa Rusiyanı ittiham etmək doğru olmaz. Amma, bunun arxasında müəyyən qüvvələrin olması mümkündür. Məqsəd Azərbaycanı təhdid etməkdir. Görünən odur ki, bununla bağlı dəqiq informasiya ictimaiyyətə verilməyəcək. Ancaq bəlli olan odur ki, Azərbaycanı təhdid edirlər. Rəsmi Bakıya indiyə qədər təhdidlər təkcə Rusiyadan olub. Xəzərin Azərbaycan hissəsində, özü də 60 metr dərinlikdə minaların aşkarlanması sıradan məsələ deyil. Ölkəmizə mesaj verilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi