xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 
  • 12:40 – Daşaltı kəndinin fonunda - Fotolar 
  • 12:34 – Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar 
  • 11:16 – Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar 

“Müharibədən sonra 200-dən çox şəxs ya həlak olub, ya da ciddi xəsarətlər alıb”

29-04-2022, 11:53 212 dəfə baxılıb

“Müharibədən sonra 200-dən çox şəxs ya həlak olub, ya da ciddi xəsarətlər alıb”


“Ərazilərimizin minalarla çirkləndirilməsi böyük problemlərdən biridir. Müharibə başa çatdıqdan sonra 200-dən çox hərbi və mülki şəxs, əfsuslar olsun ki, mina hadisələri nəticəsində ya həlak olub, ya da ciddi xəsarətlər alıb”.

“Bu sözləri Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Minaların müharibə başa çatdıqdan sonra da ermənilər tərəfindən ərazilərimizdə yerləşdirildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “Ötən il azərbaycanlı iki jurnalist Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində həlak olub”.

Həmin ərazilərin mianalardan təmizlənməsinin çox çətin və uzunmüddətli proses olduğunu vurğulayan dövlət başçısı bunun üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının sayı artırıldığını, ən müasir avadanlığın, o cümlədən dronların alındığını deyib. Türkiyənin bir qrup mütəxəssisinin minatəmizləmə əməliyyatlarında iştirak etdiyini bildirən Prezident İlham Əliyev bu sahədə daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi