xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Azərbaycanla İran arasında Naxçıvanla bağlı sənəd imzalancaq

10-03-2022, 10:58 42 dəfə baxılıb

Azərbaycanla İran arasında Naxçıvanla bağlı sənəd imzalancaq


Azərbaycan, vətəndaşlarının İran ərazisindən istifadə etməklə Naxçıvana səfəri üçün qonşu ölkə ilə anlaşma memorandumu imzalayacaq.

Report xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.

O, bu barədə sabah keçiriləcək Azərbaycan-İran Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl açıqlama verib.

"Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından istifadə etməyə imkan verəcək. Bundan başqa, səfər zamanı Azərbaycanın İrana verməyə razılaşdığı bir sıra layihələr, eləcə də enerji, kənd təsərrüfatı və sənaye sektorlarında əməkdaşlıq müzakirə ediləcək. Azərbaycanda - Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Iran Khodro”nın fəaliyyətinin genişləndirilməsi razılaşdırılacaq", - deyə o, qeyd edib.

R.Qasımi Azərbaycana səfəri zamanı digər sahələrdə də memorandumların imzalanacağını bildirsə də, onlar barədə konkret danışmayıb.

Xatırladaq ki, indiyə qədər İran Azərbaycan iqtisadiyyatına 4,2 milyard ABŞ dolları, Azərbaycan isə İran iqtisadiyyatına 1,9 milyard ABŞ dolları investisiya qoyub. Hazırda Azərbaycanda İran kapitallı 2 min şirkət fəaliyyət göstərir. O cümlədən İranın ən böyük avtomobil istehsalçısı olan "Iran Khodro" "Azərmaş" ASC ilə birlikdə "Xəzər" şirkətini yaradıb və iki ölkə birgə avtomobil istehsal edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi