xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İran Bakıdan Naxçıvana gedən avtobuslara qadağa qoyub? (RƏSMİ)

6-10-2021, 14:42 42 dəfə baxılıb

İran Bakıdan Naxçıvana gedən avtobuslara qadağa qoyub? (RƏSMİ)


Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.
Trend xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, avtobuslar pandemiyadan əvvəl hansı qaydada fəaliyyət göstərirdisə, indi də İran ərazisindən hərəkətini davam etdirir:

"Gün ərzində Bakıdan-Naxçıvan istiqamətində 2 avtobus yola çıxır. Biləsuvar sərhəd keçid məntəqəsində sərnişinlərdən PCR test götürülür. Bu test Azərbaycan vətəndaşları üçün ödənişsizdir".

Qeyd edək ki, hərbi mənbələrin məlumatına görə, ötən gün İran hava məkanını Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələr üçün bağlayıb. Bu istiqamətdə sərnişin təyyarələrinin hərəkətində isə məhdudiyyət yoxdur.

Xatırladaq ki, bu gün Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi