xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Şərəfli vəzifəyə yiyələnən Şahin İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır

14-02-2022, 11:51 164 dəfə baxılıb

Şərəfli vəzifəyə yiyələnən Şahin İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Şahin İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Şahin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şahin İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Şahin İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Şahin İsmayılovdur.

Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Şahin İsmayılov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şahin İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır. Şahin İsmayılov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Şahin İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Şahin İsmayılov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şahin İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Milli Məclisin deputatı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Şahin İsmayılov özünü doğruldub. Bizdə hörmətli Şahin İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

“Heç kimə sirr deyil ki, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra Ulu Öndərin hakimiyyətə gəlişinə qədər dövlət hakimiyyətinin strukturlarının qurulmasında ciddi problemlər mövcud idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra bütün taleyüklü məsələlərin həllinə düşünülmüş şəkildə start verdi. Gənclər siyasəti də Ulu Öndərin diqqətindən yayınmamışdı. Gənclərin inkişafı üçün görülən bütün işlər ümumilikdə ölkənin hərtərəfli inkişafının təmin olunması üçün potensial kadr bazasının hazırlanması və vətənpərvər gənclərin, yetişdirilməsinə istiqamətlənmişdi. Ulu Öndər gəncləri əhatə edən işlərin görülməsi ilə yanaşı özünün müdrik tapşırıqlarını da ifadə etmişdi. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyə qeyd edən böyük azərbaycanlının bu sözləri Azərbaycan gənclərinin qarşısında duran vəzifələri müəyyən edirdi. Gənclər bu tapşırığın öhdəsindən gəldi və gəlməkdədir. Bugünkü gənclər siyasəti Ulu Öndərdən Azərbaycan dövlətinə və Azərbaycan xalqına miras qalan çoxsaylı işlərdən biridir. Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı uğurlu gələcəyə aparan Prezident İlham Əliyev də gənclərlə iş sahəsində işlərin görülməsini xüsusi diqqətdə saxlayır. Möhtərəm Prezident gənclərə müraciətində,qeyd etdi ki, “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu sözlər gənclərimiz üçün böyük motivasiya olmaqla onların davamlı fəaliyyətini stimullaşdırıb”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Deputat bildirib ki, bu gün təntənəli şəkildə qeyd etdiyimiz Gənclər Gününün də tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-ci ilin 2 fevral tarixində 1-ci Gənclər Forumu baş tutdu. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan Gənclərinin Forumunun keçirildiyi tarix - 2 fevral ölkəmizdə gənclər günü kimi qeyd olunmağa başlanıldı. Ondan sonra keçən dövrdə Azərbaycanda hər 3 ildən bir gənclər forumları keçirilir. Forumlarda gənclərimizi maraqlandıran məsələlər müzakirə olunur, qərarlar qəbul olunur. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Gənclər üçün yeni imkanlar yaradılmış, onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən mühüm töhfə verilmişdir. Bu gün hakimiyyət qollarında gənclərlə işləyən ixtisaslaşmış orqanlar mövcuddur. Biz burada xüsusi olaraq Prezident Administrasiyasında Gənclər Siyasəti və İdman Məsələləri şöbəsini, Milli Məclisin Gənclər və İdman komitəsini, Gənclər və İdman Nazirliyini, Gənclər Fondunu göstərə bilərik. Eyni zamanda Azərbaycanda 300-ə yaxın Gənclər sahəsində işləyən Qeyri-Hökümət Təşkilatları fəaliyyət göstərir. Müxtəlif elmi-tədqiqat mərkəzlərində də kifayət qədər sayda gənclərimiz çalışırlar. Biz bu misalları artıra, gəclərimizin uğurları haqqında daha çox danışa bilərik. Təbii ki, bu uğurların əldə olumasında uğurlu dövlət gənclər siyasəti dayanır. Gənclər hər zaman dövlətin diqqətini, xüsusilə prezident İlham Əliyevin dəstəyini hiss edirlər.

Deputatın sözlərinə görə, Azərbaycan gəncləri 44 günlük Vətən Müharibəsi zamanı da olduqca böyük qəhrəmanlıq göstərdilər: “Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən geniş danışmış, onların vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirmişdir. Mən əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əllərindən gələni edəcək və prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər. Bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim. İşğal altında olan torpaqlarımızın azad olumasında iştirak edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, prezident İlham Əliyevin idarəçiliyinin məzunlarıdır. Fürsətdən istifadə edib bütün gəncləri 2 fevral - Gənclər Günü münasibətilə təbrik edirəm. Gənclər daim hərəkətdə olmalı, özünün kəşf etdiyi istiqamət üzrə potensialını artırmalı və vətəninə, dövlətinə bağlı olmaqla qüsursuz xidmət etməlidir. Ölkəmizin davamlı inkişafı üçün onların üzərinə böyük yük düşür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi