xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Tərlan Quliyev: Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi

10-06-2021, 12:36 155 dəfə baxılıb

Tərlan Quliyev: Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi



6 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC -nin rəisi Tərlan Quliyev - Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Azərbaycanın 30 ilə yaxın müddəti əhatə edən müstəqillik tarixinə nəzər saldıqda görürük ki, respublikamız heç də bugünkü yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müxtəlif situasiyalarla üzləşən ölkəmizin müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafı, hər şeydən əvvəl, məhz lider amili ilə bağlı olub. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Ümumiyyətlə, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Heç şübhəsiz, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin ötən 28 ildə əsrə bərabər inkişaf yolu keçməsi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir.

2021-ci ilin fevral ayında Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumu Azərbaycan – Türkiyə iqtisadi əlaqələrinin gələcəkdə daha da genişləndirilməsindən xəbər verir. Belə ki, forumda vurğulanıb ki, yüksələn xətlə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Pandemiyanın təsirləri səngidikdən sonra qarşılıqlı ticarət dövriyyəsinin sürətlə yüksələcəyi və dövlət başçılarının 2023-cu ilə qoyduğu 15 milyard dollar ticarət dövriyyəsi hədəfinə çatmaq üçün sıx əməkdaşlığın davam etdiriləcəyi bildirilib.

Son illər Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında turizm sektorunun böyük rolu olmuşdur. Dünya turizm sənayesində 3-cü və 4-cü yerləri bölüşən Türkiyənin turizm sahəsindəki təcrübələrinin Azərbaycana gətirilməsi ölkəmizdə bu sektorda beynəlxalq standartların tətbiq olunması, xidmətin keyfiyyətinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə vətəndaşları arasında vizasız və xarici pasportsuz səyahətlər ölkələr arasında əməkdaşlığın bütün sahələrdə inkişafına yeni təkan verəcək, ticarət dövriyyəsinin, sərmayə qoyuluşlarının, turist axınının artmasına müsbət təsir edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Qırx dörd günlük Vətən müharibəsində daim yanımızda olan Türkiyənin Qarabağın reinteqrasiyası və reabilitasiyasında, infrastruktur layihələrində, Füzuli-Şuşa arasındakı Zəfər yolu, Toğana-Kəlbəcəryolu, habelə Füzulidə tikiləcək hava limanının tikintisində fəal iştirakı gözlənilir.

Sonda qeyd edək ki, bütün təhlillər Türkiyənin Azərbaycanın digər sahələrdə olduğu kimi, iqtisadi sferada da başlıca tərəfdaşı olduğunu göstərir. Bu ölkələr arasında ildən-ilə artan iqtisadi əlaqələr onların biznes subyektləri üçün də yeni işgüzar imkanların açılmasını vəd edir.

Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də, region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandıra bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi