xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

ABŞ-ın daha beş şəhərində Azərbaycan Milli Günü elan olunub

27-05-2021, 09:32 24 dəfə baxılıb

ABŞ-ın daha beş şəhərində Azərbaycan Milli Günü elan olunub


ABŞ-ın Şimali Karolina ştatının beş böyük şəhərində (Şarlot, Durham, Feyetvill, Apeks, Qrin) 28 may tarixinin Azərbaycan Respublika Günü kimi elan olunması haqqında Bəyannamə imzalanıb.
“Report” xəbər verir ki, ABŞ-da yeni fəaliyyətə başlamış “Azərbaycan Dostluq Təşkilatı”nın səyləri nəticəsində imzalanan bəyannamələrdə ölkəmizin tarixi keçmişindən, ABŞ-da yaşayan Azərbaycan diasporunun uğurlu fəaliyyətlərindən bəhs olunub.

“Azərbaycan Dostluq Təşkilatı”nın rəhbəri, Klemson Universitetinin məzunu, informasiya texnologiyaları üzrə elmlər doktoru Adika İqbal şəhər merləri ilə görüşüb və bəyannamələri təhvil alıb.

A.İqbal onlara ölkəmizin zəngin tarixi keçmişi, adət-ənənələri haqqında məlumatlar verib, Şimali Karolina ştatında yaşayan Azərbaycan icmasının fəaliyyətlərindən bəhs edib.

Təşkilat rəhbəri qəbul olunan bəyannamələrin ABŞ- Azərbaycan dostluq əlaqələrinin daha da qüvvətlənməsinə təkan verəcəyini deyib.

Şəhər merləri isə öz növbəsində Şimali Karolinada yaşayan Azərbaycan icmasına ev sahibliyi etdikləri üçün qürurlu olduqlarını dilə gətiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi