xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

"Rusiya Azərbaycan icmasının Xankəndidə ofis açmasına mane ola bilməz, çünki...”

8-04-2021, 11:11 35 dəfə baxılıb

"Rusiya Azərbaycan icmasının Xankəndidə ofis açmasına mane ola bilməz, çünki...”


"Xankəndidə Azərbaycan parlamentinin həmin şəhər üzrə deputatının, eyni zamanda Qarabağın Azərbaycanlı icmasının rəhbərinin ofisinin yaradılması məsələsinin həlli kifayət qədər realdır. Çünki buna Rusiya da qarşı çıxa bilməz. Və hesab edirəm ki, buna beynəlxalq dəstək də əldə etmək asandır. Ona görə ki, əgər məqsəd sülh, barışıq əldə etməkdirsə, icmalar arasında ünsiyyət, kontakt yaratmaqdırsa, buna hər hansı ölkə və ya beynəlxalq təşkilat tərəfindən əngəl yaradılması da qəbulolunmazdır...”
"Ölkə.Az" xəbər verir ki, bu fikirləri politoloq Sülhəddin Əkbər Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Xankəndinin deputatı Tural Gəncəliyevin Xankəndidə ofis binası axtardığına dair açıqlamasına və Ermənistanın, eləcə də Qarabağdakı separatçı xuntanın buna reaksiyasına münasibət bildirərkən söyləyib.

“Müharibədən əvvəl də beynəlxalq təşkilatlar daim hay qaldırırdılar ki, Qarabağdakı Azərbaycan və erməni icmaları arasında əlaqələr, münasibətlər qurulmalıdır. Bunun da ən real yolu Qarabağdakı Azərbaycan icmasının rəhbərinin, ardınca da şərait yarandıqca müharibə zamanı oradan köçkün düşmüş soydaşlarımızın Xankəndidə yerləşməsidir”.

S.Əkbər “Hələlik Yuxarı Qarabağ tam Azərbaycanın yurisdiksiyasına keçənədək Xankəndindəki nümayəndəliyimizin təhlükəsizliyi necə təmin olunmalıdır” sualını da cavablandırıb.

“Azərbaycan icma rəhbərinin və onun başçılığıyla yaradılacaq nümayəndəliyin təhlükəsizliyini yalnız Rusiya hərbçilərinə etibar etmək olmaz. Burada Azərbaycan və Türkiyənin də iştirakı vacibdir. Yeri gəlmişkən, bir məsələni vurğulayım ki, bizim məcburi köçkün soydaşlarımızın Xankəndi ilə yanaşı, Dağlıq Qarabağ və Laçın dəhlizi ətrafındakı ərazilərə köçürülməsi başlanan kimi onların təhlükəsizliyi məsələsini həll etməliyik. Bunu yalnız Rusiya ordusuna həvalə etməməliyik. Həmin ərazilərdə daimi yaşayacaq vətəndaşlarımızın təhlükəsizliyinin təminatında Azərbaycan və Türkliyə hərbçiləri də mütləq iştirak etməlidir”- deyə politoloq vurğulayıb. (Moderator.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi