xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”

25-11-2020, 14:26 46 dəfə baxılıb

Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı danışıb.
“Haber Global” məlumat verir ki, bu barədə Türkiyə lideri AKP partiyasının iclasında bəhs edib.

O bildirib ki, Dağlıq Qarabağdakı 30 illik haqsızlıq sona çatıb:

“Dağlıq Qarabağdakı 30 illik haqsızlığın sona çatmasına töhfə verdik. Erməni işğalı sona çatdı və qalıcı həll üçün ümidlər ilk dəfə artdı. Dünənə qədər görünməyən və açıq şəkildə erməniləri dəstəkləyən Minsk Qrupunun həmsədrinin və bəzi ölkələrin narahatlıqları önəm kəsb etmir”.

Ərdoğan Rusiya prezidenti ilə də Qarabağ mövzusunu müzakirə etdiyini deyib:

“Dünən axşam cənab Putinlə bu məsələləri müzakirə etmək imkanım oldu. Hansı addımları ata biləcəyimiz barədə danışdıq. Həm dəmir yolu, həm də magistral yolla qərbdən şərqə və şimaldan cənuba nəqliyyat prosesini təşkil edərək azərbaycanlı qardaşlarımızın ən qısa zamanda öz torpaqlarına qayıtmasını təmin edəcəyik”.

Türkiyə başçısı həmçinin bildirib ki, Prezident İlham Əliyev də bu barədə danışıb:

“Qardaşım İlham Əliyevlə danışdıq və atılan addımları dəyərləndirdik. Kəlbəcər tamamilə təhvil verildi. Azərbaycanlı qardaşlarımızın Kəlbəcərə getmək imkanı olacaq. 30 il gecikmə ilə olsa da Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başladı. Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”. (oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi