xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Azərbaycanın BMT BA-nın xüsusi sessiyasında iştirakı Ermənistanı narahat etməyə başlayıb

7-11-2020, 14:29 40 dəfə baxılıb

Azərbaycanın BMT BA-nın xüsusi sessiyasında iştirakı Ermənistanı narahat etməyə başlayıb


“Azərbaycan hazırda ən aktual məsələlərlə bağlı dünya siyasətinin gündəmini müəyyən edən ölkələrdən birinə çevrilməkdədir. Bu, bir tərəfdən ölkəmizin beynəlxalq münasibətlər sistemində milli aktor kimi fəal davranışları və nüfuzu ilə əlaqədardırsa, başqa bir tərəfdən onun mötəbər beynəlxalq təşkilatlara rəhbərlik etməsi ilə bağlıdır. Artıq məlumdur ki, Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərlik etmək və bu müddət ərzində onların fəaliyyətini səmərəli formada təmin etmək təcrübəsi var”.
Bu fikirləri report-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hələ 2011-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata sədrlik edən zamanda terrorizmə qarşı mübarizə, beynəlxalq hüququn aliliyinin təmin edilməsi və s. kimi bir sıra aktual məsələləri beynəlxalq səviyyədə gündəmə gətirib: “Hazırda isə Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına rəhbərlik edir və bu statusda artıq bir neçə vacib məsələləri gündəmə gətirməklə qlobal problemlərin həlli istiqamətində təqdirəlayiq təşəbbüslərlə çıxış etməyi bacarıb. Hələ 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv olan ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdi. 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib. Qətnaməyə əsasən, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunub. Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixləridə keçirilməsi qərara alınıb. Burada əsas məsələlərdən biri də odur ki, açılış mərasimində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlüksizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışı nəzərdə tutulur”.

“Şübhəsiz ki, Azərbaycan Prezidenti öz çıxışında pandemiyaya və ona qarşı mübarizə məsələləri ilə yanaşı həm də Azərabycan həqiqətləri, beynəlxalq hüquq və onun tələblərinin yerinə yetirilməsi, işğalçı ölkə olan Ermənistanın regionda təhlükəsizliyi təhdid edən terrorçu dövlət olması barədə də danışacaq və bunun ümumi rifaha və regional inteqrasiyaya , o cümlədən pandemiyaya qarşı mübarizədə birgə səylərə ciddi əngəllər törətdiyini bildirəcək. Bu isə indidən Ermənistanı narahat etməyə başlayıb. Dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan COVID-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən qarşı çıxan Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb və qətnamənin açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd edib. Ancaq yenə də həmişəki kimi Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və onun bu cəhdi də rədd edilib. Bu isə bir daha Azərbaycanın beynəlxalq nüfuzu və qlobal prosesləri idarəetmə bacarığı kimi qiymətləndirilməlidir”, - deputat bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi