xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Bakıda tibb bacısı iki min manat rüşvət vermədiyi üçün işdən çıxarılıb? - İDDİA

14-01-2026, 09:49 5 dəfə baxılıb

Bakıda tibb bacısı iki min manat rüşvət vermədiyi üçün işdən çıxarılıb? - İDDİA


2 000 manat rüşvət istənildi, vermədiyi təqdirdə şərlənərək işdən çıxarıldı.

"Bu iddia ilə "Xəzər Xəbər"ə paytaxtdakı liseylərdən birində 9 ildir tibb bacısı işləyən Aida Nəsibova müraciət edib.

O deyir ki, direktor ondan 2 000 manat rüşvət tələb edib, məktəbdə çalışan bəzi şəxslər və valideynlərin əleyhinə yalan ifadə verməsini, hətta məhkəmədə saxta şahidlik etməsini istəyib.

Şikayətçinin ən ciddi iddialarından biri isə iş otağında gizli kameranın aşkar edilməsi ilə bağlıdır.

Aida Nəsibova bildirir ki, onun himayəsində 3 azyaşlı uşaq və xəstə anası var.

Liseydən sorğumuza cavab olaraq bildirildi ki, 2 nömrəli uşaq poliklinikasından liseyə təhkim olunmuş tibb bacısının çalışdığı səhiyyə müəssisəsi tərəfindən geri çağırılması müvafiq prosedur qaydalara əsaslanır. Onun liseyə təhkim olunduğu dövrdəki fəaliyyətində pedaqoji mühitə uyğun olmayan davranışları da geri çağırılmasının səbəbləri sırasında yer alır. Bütün bunlar nəzərə alınaraq 3 dekabr 2025-ci il tarixində 2 nömrəli uşaq poliklinikasının əmrinə əsasən onun liseydəki fəaliyyətinə xitam verilib və təhsil müəssisəsinə başqa tibb bacısı təhkim olunub. O da bildirildi ki, tibb bacısının liseyin rəhbərliyinə aid digər iddiaları tamamilə əsassızdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi