15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu
14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM
Rüşvət tələb edən məktəb direktoru işdən çıxarılıb - VİDEO
15-02-2022, 10:15
75 dəfə baxılıb
Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb.
Məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb.
Təhsil Nazirliyindən bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir: “İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.
</
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: