xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

3-10-2024, 16:00 3 dəfə baxılıb

Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT


Bir müddətdir, məktəblər, ali təhsil müəssisələri açılıb. Müşahidələr göstərir ki, xüsusilə məktəblilər daha çox kofeşoplarda, restoranlarda oturur, hazır qidalar istehlak edirlər. Bəzi valideynlər uşaqların qidalanmasına nəzarət etmirlər desək, yanılmarıq.

Məktəblilərin qeyri-sağlam qidalanması hansı fəsadlara yol aça bilər və ya onlar əslində necə qidalanmalıdırlar?

Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, məktəblilərin qida rasionunda kəpəkli çörək, yarmalar, lifli qidalar, faydalı karbohidratlar olmalıdır:

“Uşaqlar gün ərzində heç olmasa, mövsümü meyvələrdən ən az 200-300 qram yeməlidirlər. Rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Çünki asitli içkilər mədə-bağırsaq sistemində birbaşa onikibarmaq bağırsaq xorası və.s yaradır. Həmin içkilər boş karbohidratlı, şəkərli olduqlarına görə burada mineraldan, vitamindan söhbət gedə bilməz. Bu da orqanizmdə mənimsənilmir. Bundan əlavə, burada fosfor turşusundan da istifadə olunur, bu da uşaqlarda sümük inkişafının qarşısını alır. Gələcəkdə şəkərli diabetdən də uzaq durmaq üçün uşaqlar rəngli, qazlı içkilərdən istifadə etməməlidirlər. Eyni zamanda, məktəblilərin qida rasionunda kartof, kök püresi, brokoli, gül kələmi kimi qarnirli yeməklər üstünlük təşkil etməlidir”.

Mütəxəssis qeyd etdi ki, məktəblilərin qida rasionunda ət, balıq, toyuq kimi məhsullar da olmalıdır:

“Sadaladıqlarım riskli qidalar olduqlarına görə, onların saxlanma şəraiti düzgün olmalıdır. Rəngli içkilər, qeyri-sağlam qidalar, cipsi kimi atıştırmalıqlar məktəblilərdə mədə-bağırsaq problemlərini, piylənməni, insulin dirəncini ortaya qoya, beyindəki oreksin maddəsini aşağı sala və bu da uşaqların tənbəlliyinə zəmin yarada, onların dərslərdən kənarlaşmasına, düşünmə tərzlərinin aşağı düşməsinə səbəb ola bilər. Uşaqların xüsusilə bu cür qidalardan, boş karbohidratlardan, fastfudlardan uzaq durmaları tövsiyə olunur”.

A.Salamov bildirdi ki, bəzi valideynlər uşaqlarının sağlamlıqlarını düşünsələr də, bəzilərində əksi müşahidə olunur:

“Elə valideynlər var ki, onlar özləri də maariflənməlidirlər. Bunun üçün heç zaman gec deyil. Çünki uşaqların sağlamlığı, gələcəyi həm dövlət, həm də valideynlərin özü üçün maraqlıdır. Bu istiqamətdə maarifləndirmə işləri mütləq davam etməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi