xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 17:16 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 
  • 11:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 
  • 15:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 

Leyla Əliyeva Şəki Məhəmməd Füzuli adına parkda - FOTO

Bugün, 10:59 0 dəfə baxılıb

Leyla Əliyeva Şəki Məhəmməd Füzuli adına parkda - FOTO


İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhər Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında olub.

Burada Leyla Əliyevaya ərazidə görüləcək bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Bildirilib ki, 1951-ci ildə salınan parkda bir sıra əsaslı bərpa və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd olunub ki, parkın ərazisində vaxtilə şəhər sakinlərinin və qonaqların ən sevimli istirahət yeri olan, musiqi və teatr kollektivlərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin vaxtaşırı çıxış etdiyi "Yay teatrı" da fəaliyyət göstərib. Diqqətə çatdırılıb ki, 1800 nəfərlik tamaşaçı yeri olan "Yay teatrı"nda 1975-1980-ci illərdə Azərbaycanın görkəmli estrada və opera müğənnisi Rəşid Behbudovun, Xalq artisti Zeynəb Xanlarovanın, dirijor və bəstəkar Niyazinin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları olub, 1981-ci ildə Nəsibə Zeynalova və Hacıbaba Bağırovun iştirakı ilə teatr kollektivlərinin tamaşaları nümayiş etdirilib. Həmçinin 1982-1995-ci illərdə burada tanınmış xanəndə və müğənnilər Əlibaba Məmmədov, Məhəbbət Kazımov, Məmmədbağır Bağırzadə, Mələkxanım Əyyubova, Nisə Qasımova, Səxavət Məmmədov, Zaur Rzayev və digərlərinin konsertləri keçirilib.

Park ərazisində aparılan təmir işləri çərçivəsində Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin büstü parkdan götürülərək bərpa olunub və yenidən həmin istirahət məkanına qoyulub.

Qeyd olunub ki, bərpa işləri zamanı əsas hədəf freskaları, yerli heykəltaraşların əsərlərini, teatrı bərpa etmək, tamaşaçıları bura yenidən qaytarmaq, parkı ailə istirahət məkanına çevirməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi