xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Leyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında — FOTO

31-10-2019, 12:16 81 dəfə baxılıb

Leyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında — FOTO

Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin heykəli açılıb.
Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.

B.Şyukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri İmaməddin Nəsiminin şerlərini səsləndiriblər.

Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumu 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış şair, ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Atriumda Azərbaycan ədibi və filosofu Mirzə Fətəli Axundovun da abidəsi ucaldılıb.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri ilə görüşüb. Görüş çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olunub, Botanika bağına iki nar tingi hədiyyə edilib.

Tədbir gənclərin konsert proqramı ilə davam edib.

Leyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında — FOTOLeyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında — FOTOLeyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında — FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi