xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Yaddaşlarda yaşayan “İsmayıl” - 80-nə çatdı...

9-04-2026, 11:27 4 dəfə baxılıb

Yaddaşlarda yaşayan “İsmayıl” - 80-nə çatdı...


Bu gün Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş simalarından biri, “İsmayıl” obrazı ilə qəlblərdə yaşayan Ceyhun Mirzəyevin doğum günüdür.

“Yaşasaydı, mərhum sənətçinin 80 yaşı olacaqdı.

1946-cı il aprelin 9-da Ağdamın Abdal-Gülablı kəndində dünyaya gələn Mirzəyev hələ uşaqlıq illərindən taleyini sənətə bağlamışdı. Onun kino ilə tanışlığı təsadüfi deyildi, sanki bu yol onun üçün əvvəlcədən yazılmışdı.

Cəmi 11 yaşı olarkən ilk dəfə kamera qarşısına çıxaraq “Görüş” filmində kiçik bir obraz yaratdı. Lakin bir il sonra çəkildiyi “Ögey ana” filmində canlandırdığı İsmayıl obrazı onu bir anda tamaşaçıların sevimlisinə çevirdi. Bu rol sadəcə bir uşaq obrazı deyildi, o, səmimiyyətin, saf duyğuların simvoluna çevrildi və illər keçsə də unudulmadı.

Təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunda alan sənətkar daha sonra Moskvada davam etdirib. Onun 46 illik ömrünün böyük bir hissəsi, düz 35 ili kino ilə bağlı idi.

Mirzəyev təkcə aktyor kimi deyil, rejissor və yaradıcı şəxsiyyət kimi də özünü təsdiqləyir. O, “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışır, bir sıra filmlərə quruluş verir.

1962-ci ildə rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi “Qara qağayı” filmində baş rolda çıxış edərək peşəkarlığını bir daha nümayiş etdirir.

Onun yaradıcılığında xüsusi yer tutan layihələrdən biri də məşhur “Mozalan” kinojurnalı olur. Aktyor bu satirik layihənin bədii rəhbəri olmaqla yanaşı, bir çox süjetlərin müəllifi idi. Hətta “Mozalan”ın məşhur vızıltı səsinin də ona məxsus olması onun qeyri-adi istedadının daha bir göstəricisidir.

Sənətkarın son işi Qarabağ müharibəsinin ağrı-acısını əks etdirən “Fəryad” filmi olur.

“Ögey ana” filmində yadda qalan balaca İsmayıl artıq böyümüş, həyatın sınaqlarından keçmiş, ailə sahibi bir insandır. İsmayıl burada batalyon komandiri kimi Vətən uğrunda döyüşən bir qəhrəmandır.

Xəbəri rus dilində oxuyun: Исмаилу на все времена - 80 лет

Təəssüf ki, o, bu filmin premyerasını görə bilmir. Lakin məhz bu obrazına görə “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülür.

1994-cü il martın 5-də, cəmi 46 yaşında qəfil ürək çatışmazlığından dünyasını dəyişən sənətkar Yasamal qəbiristanlığında dəfn olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi