xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Sənət dostları Nigarın sözlərini TƏKZİB ETDİ — Opera və Balet Teatrında RÜŞVƏT QALMAQALI

28-10-2019, 15:02 69 dəfə baxılıb

Sənət dostları Nigarın sözlərini TƏKZİB ETDİ — Opera və Balet Teatrında RÜŞVƏT QALMAQALI

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ətrafındakı rüşvət qalmaqalı getdikcə böyüyür.
“Xəzər” teeviziyasında yayımlanan “Hər şey daxil”verilişinin qonaqları xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, əməkdar artistlər Təyyar Bayramov, Elnur Zeynalov, İlkin Əhmədov və teatrın baş rejissoru Hafiz Quliyev olub.

Onlar əməkdar artist Nigar Şabanovanın teatr haqqında səsləndirdiyi rüşvət qalmaqalına münasibət bildiriblər.

Sənət yoldaşları teatrla bağlı iddiaları birmənalı şəkildə rədd edərək, belə bir halla heç zaman üzləşmədiklərini bildiriblər. Efirə qoşulan Şabanova isə: “Əgər mənim Leyli obrazına hansısa bir parametrlərə görə uyğun deyiləmsə, teatr kommissiya təşkil etsin. Mən öz potensialıma, yenidən seçimlərdən keçə biləcəyimə əminəm”,- deyə bildirib.
Əməkdar artist Elnarə Abdullayeva da efirə qoşularaq digər xanəndələrin söylədiklərini təsdiqləyərək bildirib ki, teatrda heç vaxt rüşvət barədə eşitməyib, bu halla qarşılaşmayıb.

Qeyd edək ki, əməkdar artist Nigar Şabanova bildirib ki, Leyli obrazına görə teatrın Toma adlı əməkdaşı ondan 5 min manat pul tələb edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi