xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Mətanət Abbası pərt etdi: — “Süddən yanıqsan” - VİDEO

15-10-2019, 10:34 84 dəfə baxılıb

Mətanət Abbası pərt etdi: — “Süddən yanıqsan” - VİDEO

ATV-də yayımlanan “Üçümüz” əyləncəli-yumoristik proqramında qonaq olan Əməkdar artist Abbas Bağırov verlişdə pərt vəziyyətə düşüb.
Oxu.az xəbər verir ki, proqramın formatına uyğun olaraq, qonaqlar həmkarlarına efirdə zəng vurub, onlarla aparıcıların öncədən hazırladığı sözlərlə məsxərəyə tutub, zarafat edirlər.

Bu dəfə isə verlişdə tam əks vəziyyət baş verib.

Belə ki, Abbas sənət yoldaşı Mətənat Əsədovaya zəng vurub. Xanım müğənnini toya oxumağa çağıran Bağırov onunla aparıcıların təqdim etdiyi sözlərlə zarafat edib.

Mətanət isə “Bu nə danışıqdır? Sənə nə olub, ay Abbas?” deməklə qarşı tərəfi güldürüb.

Əməkdar artist isə “O gün toydan çıxanda nə görsəm, yaxşıdır? Avtomobilimin önündə süd maşını dayanıb”, - deyə dialoqu davam etdirib.
Mətanətin Abbasa “Onlar bilir axı, süddən yanıqsan”, - söyləməsi studiyada əyləşən tamaşaçıların gülüşünə səbəb olub.

Əməkdar artist həmin an pərt vəziyyətə düşsə də, çıxış yolunu gülməkdə görüb.

Sosial şəbəkələrə yayılan həmin kadrlar isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Onlar müğənnilərin efirdə danışıq etikasına əməl etmədiklərini bildirərək, hər iki sənətçini tənqid atəşinə tutublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi