xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 

Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?

Bugün, 15:30 1 dəfə baxılıb

Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?


İrəvan bu infrastrukturun inkişafı üçün öz daxili resurslarını səfərbər etmək niyyətində və ya gücündə deyil

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb. Görüşdə əsas müzakirə mövzularından biri regionda nəqliyyat əlaqələrinin dəyişdirilməsi baxımından mühüm layihə hesab olunan TRIPP təşəbbüsünün həyata keçirilməsi olub. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Transxəzər Müəssisələr Fondunun sədri Konstantin Sokolov da iştirak edib.
Tərəflər Ermənistan və Azərbaycan arasında formalaşan sülh şəraitinin regionun iqtisadi və nəqliyyat potensialından maksimum istifadə üçün yeni imkanlar yaratdığını vurğulayıblar. Müzakirələr zamanı sülhün daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi və TRIPP layihəsi çərçivəsində təşəbbüslərin irəlilədilməsi üçün mümkün addımlar da nəzərdən keçirilib. ABŞ TRIPP+ Sahibkarlığa Dəstək Fondunun maliyyələşdirilməsinin həcmini iki dəfə – 201 milyon dollardan 402 milyon dollara qədər artırıb.
Bunu ABŞ-nin dövlət xərclərinin rəsmi bazasının məlumatları təsdiqləyir. Dərc edilmiş məlumata görə, 2026-cı il yanvarın 30-da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu “TRIPP+ Enterprise” Fonduna 201 milyon dollar məbləğində qrant ayırıb. Proqramın icra müddəti 2036-cı il dekabrın 31-nə qədər müəyyən edilib. TRIPP layihəsinin maliyyə tərəfi ilə bağlı son aylarda Vaşinqtondan gələn mesajlar da diqqət çəkir. Layihə üçün yaradılan TRIPP+ Enterprise Fund ilkin olaraq təxminən 200 milyon dollar həcmində nəzərdə tutulsa da, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Ceremi Levin apreldə fond üçün əlavə 400 milyon dollar maliyyənin artıq təmin edildiyini açıqlayıb. Bu, Vaşinqtonun TRIPP-i yalnız nəqliyyat layihəsi kimi deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyada daha geniş iqtisadi, enerji, nəqliyyat və strateji investisiya platforması kimi gördüyünü göstərir.
Bu məqam Ararat Mirzoyanın ABŞ rəsmisi ilə son görüşünü də daha fərqli müstəvidə təqdim edir. Çünki TRIPP ətrafında müzakirə artıq təkcə marşrutun necə qurulması məsələsinə deyil, ABŞ-ın bu layihəyə ayırdığı vəsaitin həcminin artırılması və həmin maliyyənin hansı sahələrə yönəldilməsi məsələsinə də keçir. İlkin 200 milyon dollarlıq fond və əlavə 400 milyon dollarlıq maliyyə barədə açıqlamalar göstərir ki, Vaşinqtonun TRIPP üzrə maliyyə ambisiyası əvvəl nəzərdə tutulduğundan daha geniş ola bilər.
Bu fonda İrəvanın TRIPP müzakirələrindəki mövqeyi də diqqət çəkir: Ermənistan layihənin ərazisində həyata keçirilməsinə şərait yaradır, ABŞ isə maliyyə və investisiya mexanizmlərini formalaşdırır.Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-da vurğuladı ki, Ermənistan Xarici İşlər Nazirliyi ilə ABŞ nümayəndə heyəti arasında TRIPP çərçivəsində aparılan yüksəksəviyyəli müzakirələr və ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun proqramın maliyyə tutumunu 402 milyon dollara qaldırmaqla ümumi investisiya çərçivəsini 600 milyon dollar həcminə çatdırması Cənubi Qafqazın postmünaqişə dövrü geoiqtisadi və beynəlxalq-hüquqi arxitekturasında keyfiyyətcə yeni konfiqurasiya mərhələsinin başlandığını göstərir: “Bu geostrateji gedişat fonunda Ermənistanın "Naxçıvan yolu" kimi səciyyələndirilən regional nəqliyyat infrastrukturuna birbaşa maliyyə xərcləmələri məsələsi klassik milli büdcə kapital qoyuluşu müstəvisindən çıxaraq, mürəkkəb beynəlxalq-hüquqi və üstmilli investisiya mexanizmləri çərçivəsində təhlil olunmalıdır. Məlumdur ki, hüquqi baxımdan Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan nəqliyyat-logistika dəhlizləri üzərində yurisdiksiya, gömrük və sərhəd nəzarəti kimi suveren hüquqlar beynəlxalq hüququn ərazi suverenliyi prinsipinə uyğun olaraq İrəvana məxsusdur. Lakin formalaşan maliyyə-hüquqi arxitektura göstərir ki, İrəvan bu infrastrukturun inkişafı üçün öz daxili resurslarını səfərbər etmək niyyətində və ya gücündə deyildir. Əvəzində Ermənistan rəhbərliyi öz suveren ərazisini hüquqi-institusional platforma və coğrafi areal kimi təqdim edir, layihənin birbaşa maliyyə risklərini və kapital yükünü isə suveren risklərin diversifikasiyası modeli vasitəsilə xarici donorlara, xüsusilə ABŞ-nin TRIPP+ Enterprise Fund strukturuna və transmilli fondlara həvalə edir. Bu yanaşma beynəlxalq hüquqda dövlət-özəl tərəfdaşlığının və üstmilli investisiya idarəçiliyinin mürəkkəb sintezini təşkil edir. Vaşinqtonun 2036-cı ilə qədər icra müddəti müəyyən edilmiş uzunmüddətli qrant paketini iki dəfə artırması sırf regional infrastruktur dəstəyi çərçivəsini aşaraq institusional çəkindirmə və geoiqtisadi ekspanisiya məqsədi daşıyır. Aydındır ki, ABŞ bu maliyyə seli ilə regionda alternativ güc mərkəzlərinin, xüsusən Rusiya Federasiyası və İranın iqtisadi və hüquqi təsir imkanlarını neytrallaşdırmağı hədəfləyir. Məhz bu çərçivədə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulmuş Rusiya FHN Sərhəd Xidmətinin nəzarət funksiyasının de-fakto neytrallaşdırılması və marşrutun Qərb yönümlü maliyyə-institusional çətir altına alınması regional hüquqi presedentləri köklü şəkildə dəyişdirir. TRIPP+ Enterprise Fund vasitəsilə ayrılan vəsait Ermənistanın xarici dövlət borcunu artırmır, eksklüziv olaraq layihə yönümlü investisiya funksiyasını yerinə yetirir ki, bu da dəhliz üzərindəki mülkiyyət, istismar və idarəetmə hüquqlarının beynəlxalq konsorsiumlar arasında bölüşdürülməsi mexanizmini işə salır”.Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq-hüquqi mövqeyi baxımından əsas tələbi Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsinin əngəlsiz, təhlükəsiz və beynəlxalq tranzit standartlarına uyğun təmin olunmasıdır: “ABŞ-nin layihəyə yatırdığı irihəcmli kapitallaşma marşrutun fiziki, texniki və təhlükəsizlik parametrlərinin ən yüksək səviyyədə qurulmasına təminat yaradır. Bu kontekstdə Ermənistan öz milli büdcəsindən kapital çıxarmadan regionun kritik tranzit qovşağına çevrilmək, uzunillik iqtisadi təcridə son qoymaq və nəqliyyat şəbəkəsini xarici qrantlar hesabına modernləşdirmək imkanı qazanır. ABŞ isə Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən "Orta Dəhliz"in strateji Ermənistan seqmentində institusional və idarəedici maliyyə nəzarətini ələ keçirir. Vaşinqton TRIPP platformasını, sadəcə, logistik xətt kimi deyil, Cənubi Qafqazın yeni geosiyasi və geoiqtisadi xəritəsini müəyyən edən çoxşaxəli investisiya mexanizminə çevirir. İrəvanın isə “Naxçıvan yolu”na pul xərcləməsi birbaşa maliyyə kəsintiləri şəklində deyil, torpaq resurslarının ayrılması, hüquqi rejimin optimallaşdırılması və yurisdiksiya güzəştlərinin tətbiqi formasında təzahür edəcəkdir. Görünən odur ki, Ermənistan zamanında Bakının xəbərdarlıqlarına baxmayaraq işğal və təcavüzkar mahiyyətdən əl çəkməməsinin nəticəsi olaraq yeni reallıqda iqtisadi dvidendləri suverenliyini bu və ya digər formada qurban vermək hesabına əldə edə bilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi