xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR

24-06-2026, 13:43 3 dəfə baxılıb

Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR


Azərbaycanda pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq.

“report.az” xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, pambıqçılıqda məhsul subsidiyalarının davam etdirilməsi, həmçinin mahlıcın beynəlxalq bazarlarda dəyişkən qiymətlərindən irəli gələn risklərin azaldılması məqsədilə sığorta mexanizmlərinin hazırlanaraq tətbiqi nəzərdə tutulur:

"Bu mexanizmlər fermerlərin və pambıqçılıq şirkətlərinin gəlirlərinin sabitliyinin qorunmasına, istehsalın daha etibarlı planlaşdırılmasına və sahədə maliyyə risklərinin minimuma endirilməsinə imkan verəcək.


Bununla yanaşı, pambıq emalı sənayesinin inkişafı məqsədilə yeni iplik, parça və tekstil müəssisələrinin yaradılması, emal avadanlıqlarının alınmasına dövlət dəstəyinin göstərilməsi, eləcə də istehsal olunan pambıq ipliyinin daxili emal sənayesinə yönləndirilməsinin təşviqi nəzərdə tutulur.


Bu yanaşma pambığın yalnız xammal kimi ixracının qarşısını almağa, əlavə dəyər zəncirinin ölkə daxilində genişləndirilməsinə və yerli sənayenin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək".

Bundan başqa, Z.Nağdəliyev deyib ki, pambıqçılıqda hər hektardan 5 ton məhsul hədəfi müəyyən edilib:

"Dövlət başçısı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə pambıqçılıq sahəsində əldə olunan nəticəni yüksək qiymətləndirib, qarşıya daha iddialı hədəflər qoyub. Bu hədəflər sırasında hər hektardan ən azı 5 ton məhsul əldə edilməsi, emal sənayesinin inkişaf etdirilməsi, mahlıcdan hazır məhsul istehsalının genişləndirilməsi və ixrac potensialının artırılması xüsusi yer tutur.

Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə bir sıra kompleks və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, pambıqçılığın texnika təminatının gücləndirilməsi, torpaq resurslarından səmərəli istifadəni təmin edən qabaqcıl aqrotexniki yanaşmaların, o cümlədən lazer hamarlama texnologiyasının tətbiqinin artırılması daxildir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi