xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

AAYDA: Şəhərlərin rəqabət qabiliyyəti tikinti həcmləri ilə ölçülmür

21-05-2026, 13:44 7 dəfə baxılıb

AAYDA: Şəhərlərin rəqabət qabiliyyəti tikinti həcmləri ilə ölçülmür


Bu gün şəhərlərin rəqabət qabiliyyəti artıq yalnız iqtisadi göstəricilər və yaxud tikinti həcmləri ilə ölçülmür.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nümayəndəsi Fariz Cəfərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkl olunmuş "İnkişafın yeni əsri" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu, insanların nə dərəcədə səmərəli hərəkət etməsindən, şəhər sistemlərinin nə dərəcədə əlçatan olmasından və sürətli artım təzyiqi altında şəhərlərin nə qədər dayanıqlı qalmasından asılıdır: "Bir çox cəhətdən Bakı bu gün eyni vaxtda bir neçə transformasiya yaşayır. Sovet şəhərsalma irsi ilə formalaşmış bir şəhərdən müasir, çoxmərkəzli bir meqapolisə çevrilir. Həddindən artıq cəmlənmiş şəhər strukturundan daha balanslı metropoliten ekosisteminə keçir. Əsasən böyük istehsal zonaları və monofunksional rayonlarla müəyyən edilən sənaye şəhərindən hərəkətlilik, xidmətlər, texnologiya və dəyişən həyat tərzi ilə formalaşan daha çevik postsənaye şəhər mühitinə çevrilir".

"Bu gün şəhərsalmanın ən çətin tərəfi odur ki, şəhərlər ənənəvi planlaşdırma modellərinin özündən daha sürətlə dəyişir. Şəhərsalma mütəxəssisləri də bəzən şəhərləri cəmiyyətin köhnə modellərinə hazırlamaq riski ilə üzləşirlər. Lakin müasir şəhərlər statik fərziyyələr üçün çox sürətlə inkişaf edir. İnsanların 20 ildən sonra necə yaşayacağını, işləyəcəyini və hərəkət edəcəyini proqnozlaşdırmaq asan deyil", - deyə F.Cəfərov əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi