xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:27 – Prezidentə Fəxri doktor adı verildi 
  • 09:34 – İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir 
  • 09:29 – İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib 
  • 16:52 – İlham Əliyevlə xanımının tədbirdən - FOTOLARI 

Dünya Bankı: Bakı şəhərsalma baxımından olduqca gözəl inkişaf yolu keçib

Dün, 13:17 4 dəfə baxılıb

Dünya Bankı: Bakı şəhərsalma baxımından olduqca gözəl inkişaf yolu keçib


Bakı şəhərsalma baxımından olduqca gözəl inkişaf yolu keçib.

Bunu "Report"a açıqlamasında Dünya Bankı Qrupunun xarici işlər üzrə məsul şəxsi Liam Braun deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun( WUF13) təşkilatçılığı olduqca yüksəkdir: "Dünya Bankı Qrupu olaraq burada olmaqdan qürur duyuruq və gördüyümüz işləri təmsil etdiyimiz üçün çox şadıq. Bakıda keçirilən Foruma toplaşan müxtəlif maraqlı tərəflər, tərəfdaşlar və dünyanın dörd bir yanından olan hökumət nümayəndələri ilə görüşmək çox xoşdur. Şəxsən mən Bakıya heyran qalmışam. Bura son bir neçə ildə şəhərsalma baxımından çox təsirli inkişaf yolu keçmiş olduqca gözəl bir şəhərdir. Azərbaycandan olan nümayəndələri və yerli insanları tanımaq mənim üçün böyük zövq oldu. Forumda qarşılaşdığım Azərbaycan insanlarının qonaqpərvərliyi məndə çox xoş təəssürat yaratdı".

L.Braun Dünya Bankı Qrupunun uzun illərdir bu forumların daimi iştirakçısı olduğunu bildirib: "Dünya Bankı Qrupu uzun illərdir ki, bir çox Ümumdünya Şəhərsalma Forumlarının iştirakçısıdır. Müxtəlif təşəbbüslər çərçivəsində BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) tərəfdaşı olmaqdan qürur duyuruq. Biz bu forumda gördüyümüz işləri təbliğ etmək, daha yaşanıqlı şəhərlərin yaradılmasını dəstəkləmək və dünyanın artmaqda olan əhalisi üçün yeni iş yerlərinin necə açıldığını göstərmək üçün iştirak edirik. Burada həmçinin Afrikada şəhərləşmə və yerli maliyyə resurslarının səfərbər edilməsinə yönəlmiş bir neçə tədbirə ev sahibliyi edirik. Ümid edirik ki, iştirakçılar Dünya Bankı Qrupunun fəaliyyəti barədə buradan daha ətraflı məlumat əldə edəcəklər. Hesab edirəm ki, Forum qərar qəbul edən şəxslərin, maraqlı tərəflərin, vətəndaş cəmiyyəti təşkilatlarının və ictimaiyyətin bir araya gələrək bu qlobal çağırışların həlli üzərində işlədiyi çox mühüm qlobal platformadır. Bakıda keçirilən bu forumdakı müxtəlif müzakirələrin və təşəbbüslərin də müsbət nəticələr verəcəyinə ümid edirəm".

O, qlobal demoqrafik çağırışlara toxunaraq şəhər əhalisinin çox sürətlə artdığını xatırladıb: "Qlobal əhali, xüsusən də şəhərlərdə çox sürətlə artır. Növbəti bir neçə onillikdə əmək bazarına milyonlarla gənc daxil olacaq, lakin onları təmin etmək üçün kifayət qədər iş yeri yaradılmır. Ona görə də biz builki Ümumdünya Şəhərsalma Forumunda şəhərlərin necə daha yaxşı planlaşdırıla biləcəyini və gələcək nəslin gəncləri üçün daha çox iş yerinin açılması məqsədilə şəhərsalma inkişafından necə səmərəli istifadə olunacağını müzakirə etməyə xüsusi diqqət yetiririk".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi