xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Benzin və dizellə bağlı MÜHÜM QƏRAR

22-05-2025, 12:21 3 dəfə baxılıb

Benzin və dizellə bağlı MÜHÜM QƏRAR


Mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Digər qazoyllar, o cümlədən dizel yanacağının 1 ton üçün isə aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 80 manatdan 1 manata endirilib.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2024-cü il 6 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların
nomenklaturaları”nda və 2025-ci il 12 mart tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fövqəladə ehtiyatların nomenklaturası”nda nəzərdə tutulmuş yanacaq növləri üzrə
müəyyən olunmuş minimal həcmlərin formalaşdırılmasına və səmərəli istifadəsinə nəzarəti təmin etməlidirlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2025-ci il 1 yanvar – 1 iyun tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton
və 18 min ton yuxarı hədd müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi