xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Sumqayıtla Sarayı birləşdirən körpü açıldı

18-03-2025, 11:40 0 dəfə baxılıb

Sumqayıtla Sarayı birləşdirən körpü açıldı


Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşdırılıb.

Mühüm əhəmiyyətə malik körpü bu gün vətəndaşların istifadəsinə verilib.

Keçidin istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və agentliyin əməkdaşları iştirak ediblər.

Sözügedən örpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılıb. İnşa işləri hərəkət intensivliyi və yolun strateji əhəmiyyəti nəzərə alınaraq, fəsilə verilmədən və hava şəraitindən asılı olmayaraq sürətlə və yüksək keyfiyyətlə aparılıb. Nəticədə körpü Novruz bayramı ərəfəsində vətəndaşların istifadəsinə verilib.

Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə körpünün həmin infrastruktura uyğun olması şərtdir ki, bu da layihə zamanı öncədən nəzərə alınıb. Belə ki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21.6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.

Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1.5 metr diametrli 6 sütun yerləşir. Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.

Yeni körpü, Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı nəqliyyatın sürətini və təhlükəsizliyini artıracaq. Körpünün istifadəyə verilməsi körpüdən istifadə edən vətəndaşlar üçün mühüm rahatlıq yaradacaq, eyni zamanda komfortlu və asan nəqliyyat şəraitini təmin edəcək. Körpü hərəkət intensivliyinin yüksək olduğu və strateji əhəmiyyət kəsb edən yolun daha effektiv istifadəsinə imkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi